Əlixan Musayev:
Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu (müddət ərzində) onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində (şəriətə) müvafiq haqları olduğu kimi onların da (kişilər üzərində) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.
Elmir Quliyev
:
Разведенные женщины должны выжидать в течение трех менструаций. Не позволительно им скрывать то, что сотворил Аллах в их утробах, если они веруют в Аллаха и в Последний день. Мужья в течение этого периода имеют право вернуть их, если захотят примирения. Жены имеют такие же права, как и обязанности, и относиться к ним следует по-доброму, но мужья выше их по положению. Аллах — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman gətiriblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Boşanmış qadınlar üç heyz halı müddəti gözləyərlər (hamilə olub-olmadıqlarına baxarlar). Əgər Allaha və yəvm'il axıra iman edirlərsə, Allahın onların bətnində yaratdığı şeyi gizlətmələri onlara halal olmaz. Əgər onların ərləri barışmaq istəyərlərsə, bu (gözləmə müddəti) içində onlara təkrar geri dönməyə (başqasından) daha çox haqq sahibidirlər. Kişilərin qadınlar üzərində haqqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır. Kişilərin qadınların üzərindəki haqqı bir dərəcə daha üstündür. Allah Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Talaqlıların gözləmələri öz
nəfsləri ilə üç quruludur Və deyil halal onlar üçün ki
gizlədələr nə xəlq etdi Allah rəhmlərində onların əgər oldular
inananlar Allah ilə və günü ilə axırın Və ərlərinə haqdır
qovuşmaq onlara bunda, əgər barışmaq istəsələr, əlbətdə
iradəlidirlər islaha Onlar üçün misli odur üzərində onların
mərifətlə və kişilər üçün üzərində onların dərəcə və Allah
Əzizdir Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Talaq verilmiş qadınlar (aybaşıdan) üç paklıq müddətinə kimi gözləməlidirlər («iddə» saxlamalıdırlar, yəni üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və ya övladı) gizlətmələri caiz deyildir (məsələn, üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci ərinə qayıtmaq üçün onu inkar etməsi, yaxud üçüncü dəfə aybaşı olmamasına baxmayaraq əvvəlki ərinə qayıtmamaq üçün üç dəfə aybaşı olmasını iddia etməsi, yaxud başqa ərə getmək üçün bətnində övladın olmasını inkar etməsi halal deyildir). Əgər barışıq qəsdləri olsa («ric’i» təlaqdakı) «iddə» müddəti ərzində ərləri onları geri qaytarmağa (arvadlığa götürməyə başqalarından) daha haqlıdırlar. Qadınların boynunda kişilərin (talaq vermək, ləzzət almaq, gözəl davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) haqları olduğu kimi (fitrət və şəriətin hökmü baxımından) kişilərin boynunda (da) onların (qadınların ləzzət almaq, dolanışığının təmin olunması, gözəl davranmaq və varislik kimi) bəyənilən hüquqları vardır. (Hüquqlar arasındakı kəmiyyət və keyfiyyət fərqlərinə əsasən) kişilərin onlardan üstünlükləri vardır. Allah qüdrətli və (yaradılış və şəriət məsələlərində məsləhəti daha yaxşı bilən) hikmət sahibidir.
Kövsər Tağıyev:
Boşanmış qadınlar öz-özlərinə üç adət (heyz və ya təmizlənmə) müddəti gözləyərlər. Əgər Allaha və axirət gününə inanırlarsa, Allahın onların rəhimlərində yaratdığını gizləmələri onlara halal olmaz. Ərləri bu müddət ərzində barışmaq istəsələr, onları geri almağa daha çox haqq sahibidirlər. Qadınların öhdəlikləri olduğu qədər haqları da var. Lakin kişilərin qadınlar üzərində bir dərəcə fərqi var. Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Boşanmış qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və axirət gününə inanırlarsa, onlara Allahın onların bətnlərində yaratdığını gizlətmələrinə icazə verilmir. Əgər onların ərləri barışıq istəsələr, bunda [üç aybaşı müddəti içərisində] onları qaytarmağa daha çox haqq sahibidirlər. Kişilərin qadınlar üzərindəki haqları kimi, qəbul olunmuş qayda üzrə, qadınların da kişilər üzərində haqlar vardır. Ancaq, kişilər qadınlara görə (ailə başçılığından ibarət) bir dərəcə üstündürlər. Allah qüdrət və hikmət sahibidir !
Sabirə Dünyamalıyeva:
Boşanmış qadınlar da, üç aybaşı dövrü qədər gözləməlidirlər. Əgər Allaha və axirət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal olmaz. Və onların ərləri barışmaq istəsələr o müddət içərsində onları geri almağa daha çox haqları çatır. Və onların zərərinə olanlar kimi, ənənəyə uyğun/hər kəs tərəfindən qəbul edilmiş bir şəkildə onların faydasına olanlar da var. Kişilər üçün də, onların üstündə bir dərəcə var. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.