Əlixan Musayev:
Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə (yenidən) əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir.
Bünyadov-Məmmədəliyev:
Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).
Elmir Quliyev
:
Если он развелся с ней в третий раз, то ему не дозволено жениться на ней, пока она не выйдет замуж за другого. И если тот разведется с ней, то они не совершат греха, если воссоединятся, полагая, что они смогут соблюсти ограничения Аллаха. Таковы ограничения Аллаха. Он разъясняет их для людей знающих.
Ələddin Sultanov:
Əgər onu (üçüncü dəfə) boşasa, daha sonra (həmin qadın) başqa birinə ərə gedənə qədər ona halal olmaz. (İkinci əri) onu boşayarsa və əgər Allahın hüdudlarında qala biləcəklərinə inanırlarsa, (ilk əri ilə) evlənməsində günah yoxdur. Bunlar anlayanlar üçün Allahın bəyan etdiyi hüdudlardır (hökmlərdir).
Kerbelayi Malik ağa:
Bundan sonra əgər arvadını (iki dəfə boşadıqdan sonra üçüncü dəfə) boşasa, artıq o qadın başqa bir kişi ilə evlənmədikcə (və sonra da o nikahdan boşanmadıqca) özü üçün halal olmaz. Əgər (ikinci ər də) onu boşasa, Allahın (qoyduğu) hüdudları yerinə yetirə biləcəklərinə inansalar, o təqdirdə onların (köhnə ər-arvadın təkrar) evlənməsində günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Allah bunları bilən bir qövm üçün açıqlayır.
Ələsgər Musayev:
Əgər talaq
etdi ona, deyil halal onun üçün sonradan, ta nigah edə zövc
qeyrisi onu. Və əgər talaq etdi ona, yoxdur günah üzərində
onların hər ikisinin ki geri çəkilələr əgər zəndədirlər ki
qiyam edələr hüduduna Allahın Bu, hüdududur Allahın bəyan
edir onları bilən qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın başqa bir ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri) ona təlaq versə, qadına və əvvəlki ərinə Allahın hökmlərini bərqərar etmələrinə ümidvar olduqları təqdirdə (yenidən) bir-birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi hökmləridir.
Kövsər Tağıyev:
Əgər kişi övrətini (üçüncü dəfə) boşasa, qadın ondan başqa bir kişi ilə nikahlanmadıqca ona halal olmaz. (Bu kişi də) onu boşadığı təqdirdə onlar (qadın ilə əvvəlkiəri) Allahın qoyduğu ölçülərə riayət edə biləcəklərinə inanırlarsa, yenidən bir-birilərinə qayıdıb evlənmələrində bir günah yoxdur. Bunlar Allahın anlayan bir qövm üçün açıqladığı ölçüləridir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər o, onu (üçüncü dəfə) boşayarsa onda qadın başqa birisinə ərə getməmiş ona [əvvəlki ərinə] halal olmaz. İkinci ərdən boşandıqdan sonra Allahın qoyduğu hüdudlara əməl etməyi düşündükləri təqdirdə bir birilərinə qayıdarlarsa, onlara heç bir günah olmaz. Anlayan camaata Allahın aydınlaşdırdığı hüdudlar bunlardır.
Sabirə Dünyamalıyeva:
Əgər o, qadını boşasa, bundan sonra o qadın, ondan başqa bir ərlə kəbin kəsdirməmiş ona halal olmaz. Sonra əgər ikinci ər onu boşasa, Allahın hədlərinə riayət edə biləcəklərini güman edirlərsə, bir-birinə qayıtmaqda ikisinə də günah yoxdur. Allahın, bilən bir qövm üçün bəyan etdiyi hədlər bax bunlardır.