Bəqərə Surəsi 233. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi geyimi (şəriətə) müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. anaya öz övladına görə, ataya öz övladına görə zərər verilməməlidir. (Bu vəzifə) eynilə varisin üzərinə düşür. Əgər (atavəana) özlərinin razılığı məsləhəti ilə (uşağı) süddən kəsmək istəsələr, ikisinə heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə (süd haqqını )müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun bilin ki, Allah sizin etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Analar (istər boşanmış, istərsə boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. bir ana, bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə sizə günah sayılmaz. Allahdan qorxun bilin ki, Allah, həqiqətən, sizin etdiklərinizi görəndir!
Elmir Quliyev :
Матери должны кормить своих детей грудью два полных года, если они хотят довести кормление грудью до конца. А тот, у кого родился ребенок, должен обеспечивать питание и одежду матери на разумных условиях. Ни на одного человека не возлагается сверх его возможностей. Нельзя причинять вред матери за ее ребенка, а также отцу за его ребенка. Такие же обязанности возлагаются на наследника отца. Если они пожелают отнять ребенка от груди по взаимному согласию и совету, то не совершат греха. И если вы пожелаете нанять кормилицу для ваших детей, то не совершите греха, если вы заплатите ей на разумных условиях. Бойтесь Аллаха и знайте, что Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. ana, ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə düşür. Əgər ata ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
Kerbelayi Malik ağa:
Analar (nikahlı olsun ya boşanmış olsun) uşaqlarını tam iki il əmizdirərlər. (Bu hökm) süd əmizdirməyi tamamlamaq istəyən kimsələr üçündür. (Anaların) yeməkləri geyimləri marufla (adət-ənənəyə uyğun olaraq) uşağın atasının üzərinə düşür. Heç kimsə öz gücünün çatdığından artığı ilə mükəlləf (məsuliyyətli) tutulmasın. ana uşağı ilə, ata uşağı ilə zərərə uğradılmasın. Varisin üzərindəki (məsuliyyət) bunun kimidir. Lakin əgər (ana ilə ata) müşavirə edərək (məsləhətləşərək) razılıqla uşağı süddən kəsmək istəyərlərsə, o təqdirdə onların ikisi üzərinə bir günah yoxdur. Əgər uşaqlarınızı (süd ana tutub) əmizdirmək istəsəniz, verəcəyinizi (süd haqqını) marufla (adət-ənənəyə uyğun olaraq süd anaya) təslim etdiyiniz zaman artıq sizin üzərinizə bir günah yoxdur. Allaha qarşı təqva sahibi olun. Allahın etdiklərinizi çox yaxşı gördüyünü bilin!
Ələsgər Musayev:
Analar əmizdirirlər övladlarını iki il kamil. Kim üçün iradəsi var ki, tamam etsin əmizdirməni üzərində kimdən ki, doğulmuşdur onun üçün ruzisi onların paltarları mərifətlə. Yoxdur təklif nəfsə, ancaq vüsəti onun. Zərər çəkməsinlər analar övladı ilə yoxdur kimdən ki, doğulmuşdur onun üçün övladı ilə. Üzərində varisin misli bunun. Əgər iradəlidirlər ikisi ayrılığa, razılıqdan ikisindən məşvərətlə yoxdur günah üzərində onların hər ikisinin. əgər iradəlisiniz ki, istəyəsiniz əmizdirmələrini övladlarınızı, yoxdur günah üzərinizdə, onda ki, salamatçılıqla əta edəsiniz mərifətlə. qorxun Allahdan bilin ki, Allah ilə əməldəsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Analar öz övladlarına iki il tamam süd verməlidirlər. Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür. Onların ruzi geyimi(ni) orta həddə (təmin etmək) körpənin sahibinin (atasının) öhdəsinədir. Heç kəsin boynuna qüdrətindən artıq vəzifə qoyulmur. ana övladına görə ziyana düşməlidir körpənin sahibi körpəsinə görə (nə ana havayı süd verməyə məcbur edilməlidir, ata artıq pul ödəməlidir). Ata-ana (öz aralarındakı ixtilafa görə) öz övladlarına zərər ziyan vurmamalıdırlar. Belə bir vəzifə həm (atanın) varisin(in) öhdəsinədir (ki, əgər ata ölsə miras həmin körpəyə qalsa, yuxarıda deyilən şərtlərlə ananın dolanışığı həmin maldan ödənilməlidir). İndi əgər ata ana aralarındakı razılıq məsləhətləşmə əsasında (körpəni nəzərdə tutulan zamandan qabaq) süddən ayırmaq istəsələr, onlara günah yoxdur. əgər övladlarınıza süd vermək üçün dayə (tutmaq) istəsəniz, verməli olduğunuz şeyi yaxşılıqla gözəl bir şəkildə ödəyəcəyiniz təqdirdə sizə bir günah yoxdur. Allahdan qorxun bilin ki, Allah etdiklərinizi görəndir.
Kövsər Tağıyev:
Əmizdirməyi tamamlamaq istəyənlər üçün analar uşaqlarını tam iki il əmizdirərlər. Onların (anaların) yeməyi, geyimi adətə uyğun olaraq ataya aiddir. Heç kimə gücünün çatdığından artıq bir yük məsuliyyət yüklənməz. Heç bir ana heç bir ata uşağı səbəbi ilə zərərə uğramasın! (Ata ölübsə,) mirasçı da eyni şeydən məsuldur. Əgər (ana ata) öz aralarında razılaşaraq (iki il tamamlanmadan) uşağı süddən kəsmək istəsələr, onlara günah yoxdur. Əgər uşaqlarınızı (bir süd anasına) əmizdirmək istəsəniz, adətə uyğun olaraq əvəzini gözəl bir şəkildə ödədiyiniz təqdirdə sizə bir günah yoxdur. Allaha qarşı gəlməkdən çəkinin bilin ki, Allah etdiklərinizi haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Analar öz övladlarını tam iki il əmizdirərlər. Bu əmizdirməni tam başa vurmağı istəyənlər üçündür. Anaların ruzisi geyimi qayda üzrə uşağın atasının üzərinə düşür. Heç kəsə taqətindən artıq yük qoyulmaz. ana uşağına görə, ata uşağına görə zərərə düşməməlidir. Onun bənzəri (ruzi geyim təmini -icab edəndə-) varis üzərinə düşər. Əgər ikisi razılıq qarşılıqlı məsləhətlə süddən ayırsalar, bu, onlara günah deyildir. Əgər siz uşaqlarınızın (süd anaları tərəfindən) əmizdirilməsini istəsəniz, onda qayda üzrə lazımi haqqı versəniz, sizə günah olmaz. Allahdan qorxun bilin ki, Allah doğurudan da sizin etdiklərinizi görür.
Sabirə Dünyamalıyeva:
Analar öz uşaqlarını, -əmizdirmə müddətinin tamam olmasını istəyənlər üçün- tam iki il əmizdirsinlər. Uşağın atasına da əmizdirənlərin yeməyi geyimi adətlərə uyğun/hər kəs tərəfindən qəbul edilən şəkildə, borcdur. Hər kəs yalnız gücü çatan; imkanı dairəsində məsuliyyət daşıyır. uşağına görə bir ana da, uşağına görə bir ata da zərər çəkməsin. Varis üçün bunun eynisi borcdur. Əgər ana ata bir-birləriylə məsləhət edib, öz razılıqlarıyla uşağı süddən kəsmək istəsələr, onlar üçün bir günah yoxdur. Əgər uşaqlarınızı əmizdirmək istəsəniz, verməli olduğunuzu adətlərə uyğun olaraq/hər kəs tərəfindən qəbul edilən bir şəkildə versəniz, bunda sizin üçün bir günah yoxdur. Allahın mühafizəsi altına daxil olun şübhəsiz Allahın, sizin etdiklərinizi çox yaxşı görən olduğunu bilin.