Yunus Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol (məh­­sulu) olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, (nemətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi sakinləri (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!
Elmir Quliyev :
Мирская жизнь подобна воде, которую Мы ниспосылаем с неба и благодаря которой (или с которой) смешиваются земные растения, идущие в пищу людям и животным. Когда же земля покрывается убранством и приукрашается, а ее жители полагают, что они властны над ней, Наше повеление постигает ее ночью или днем. Мы превращаем ее в жнивье, словно еще вчера она не изобиловала. Так Мы разъясняем знамения для людей размышляющих.
Ələddin Sultanov:
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü sakinləri ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
Kerbelayi Malik ağa:
Dünya həyatının vəziyyəti (məsəli) yalnız səmadan endirdiyimiz, beləcə yer üzündə insanların heyvanların yediyi yer bitkiləri ilə qarışan su kimidir. Hətta yer üzü onun gözəlliyini alıb gözəlləşdiyi zaman onun sahibi, ona özlərinin qadir olduğunu zənn etdi. Ona əmrimiz gecə ya gündüz gəldi beləcə onu biçilmiş hala gətirərik. Sanki dünən heç olmamış kimi oldu. Beləcə ayələri təfəkkür edən bir qövm üçün ayrı-ayrı açıqlayırıq.
Ələsgər Musayev:
Həqiqətən, dünya həyatının məsəli su kimidir ki, səmadan nazil edirik, ta onun vasitəsi ilə müxtəlif göyərtilər ərzdən çıxarar nədən ki, insanlar heyvanlar yeyirlər. Ta onda ki, ərz gözəlləşib zinətlənə onun əhli zənn edələr ki, onları becərib-yığmağa qadirdirlər, birdən Bizim əmrimiz gecə çağı, ya gündüz yetişib onların hamısını biçilmiş edər, sanki, dünənki gün orada heç bir şey yox idi. Belə müfəssəl bəyan edirik ayətlərimizi fikirləşən qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən dünya həyatı göydən (qar yağış şəklində) nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi zinətləndiyi onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq ya isti, sel ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış təqdir kitabında) belə ətraflı izah edirik.
Kövsər Tağıyev:
Dünya həyatı ancaq göydən endirdiyimiz yağmur kimidir; insanların heyvanların yedikləri yer üzü bitkiləri onunla yetişib bir-birinə qarışmışdır. Nəhayət, yer üzü (o bitkilərlə) bütün zinət gözəlliklərini alıb bəzəndiyi sahibləri ona (onun məhsulunu istədikləri kimi sərf etməyə) qadir olduqlarını zənn etdikləri vaxt gecə ya gündüz qəflətən əmrimiz (bəlamız) gələr, onları sanki heç dünən yerində yoxmuş kimi kökündən yolunmuş bir hala salarıq. Düşünən bir qövm üçün ayələri belə müfəssəl açıqlayırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu dünya həyatı göydən endirdiyimiz suya bənzər ki, insanların heyvanların qidalandığı yer bitkiləri onunla bir-birinə qarışdı. Yer öz cah-cəlalını alıb bəzəndikdə onun sakinləri düşünəndə ki, artıq ona sahibdirlər, gecə ya gündüz Bizim ona [Yerə] əmrimiz gəldi onu məhsulu yığılmış sahə etdik, sanki dünən heç bol məhsullu olmamışdı. Düşünən adamlar üçün ayələri Biz belə izah edirik!
Sabirə Dünyamalıyeva:
Dünya həyatının misalı, Bizim göydən endirdiyimiz su kimidir. Göydən endirdiyimiz su ilə insanların heyvanların yediyi bitkilər bir-birinə qarışmışdır. Sonunda, yer üzü zinət əşyalarını taxıb bəzəndiyi, sahibləri özlərinin buna müqtədir olduqlarına inandıqları bir vaxtda, bəzən gecə bəzən gündüz vaxtı, ona əmrimiz gəlib çatmışdır qəflətən, sanki dünən orada heç bir şənlik yox imiş kimi, onu, kökündən biçmişdir. Biz, ayələrimizi, düşünən bir qövm üçün belə ətraflı izah edirik.