Əlixan Musayev:
Məgər (müşriklər) Ondan başqa tanrılaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsil həqiqəti bilmir və (ondan) üz çevirərlər.
Bünyadov-Məmmədəliyev:
Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa tanrılar qəbul etdilər? (Ya Rəsulum!) De: “(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Quran), bu da məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz döndərər!”
Elmir Quliyev
:
Неужели они стали поклоняться иным божествам вместо Него? Скажи: "Приведите ваши доказательства! Вот напоминание для тех, кто со мной, и напоминание для тех, кто жил до меня". Однако большинство их не ведает об истине и отворачивается.
Ələddin Sultanov:
Yoxsa Ondan başqa tanrılarmı qəbul etdilər? De: “(Buna dair) dəlilinizi gətirin! Mənimlə birlikdə olanların da, məndən əvvəlkilərin də söylədiyi budur (tövhid inancıdır)!” Xeyr, onların çoxu haqqı bilmir. Buna görə də onlar (haqdan) üz döndərirlər.
Kerbelayi Malik ağa:
Yoxsa Ondan (Allahdan) başqa ilahlarmı qəbul etdilər? ‘Haydı qəti dəlilinizi gətirin. Bu, mənimlə birlikdə olanların və məndən öncəkilərin zikridir (kitabıdır).’ de. Lakin onların çoxu haqqı bilməzlər. Bu səbəblə onlar üz çevirənlərdir.
Ələsgər Musayev:
Yoxsa götürdülər Onun əvəzinə
ilahilərmi? De: «Gətirin sübutunuzu! Bu, zikridir kim ki,
mənimlədir və zikridir kim ki, məndən qabaq idi! Bəli, onların
əksəriyyəti haqqı bilmir və onlar üz çevirirlər!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər.»
Kövsər Tağıyev:
Yoxsa Ondan başqa ilahlar qəbul etdilər? De ki: “Gətirin dəlilinizi! Bu, mənimlə birlikdə olanların kitabı və bu da məndən əvvəlkilərin kitabı (Heç birində birdən artıq ilah olduğuna dair heç bir dəlil yoxdur). Şübhəsiz, onların çoxu haqqı bilməzlər, bu səbəblə də üz döndərərlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Onu qoyub başqalarını tanrılar götürürlər? De: "Dəlilinizi gətirin! Bu, mənimlə olanlara Zikr [Quran], bu da məndən əvvəlkilərə olan Zikr [Tövrat və İncil]". Amma onların çoxu haqqı bilmir və üz döndərirlər.
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar, Onun altındakılardan bəzi məbudlar qəbul etdilər? De ki: "Qəti dəlilinizi gətirin. Bax bu, mənimlə birlikdə olanların öyüdü və məndən əvvəlkilərin öyüdüdür." Əksinə, onların əksəriyyəti haqqı bilməz. Artıq, onlar yüz döndərənlərdir.