Bəqərə Surəsi 246. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq övladlarımızdan ayrılmışıq, onda üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdilər. Allah zalımları tanıyır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!” - dedilər. O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” söylədi. Onlar cavabında dedilər: “Allah yolunda üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!
Elmir Quliyev :
Не знаешь ли ты о знати сынов Исраила (Израиля), живших после Мусы (Моисея)? Они сказали своему пророку: "Назначь для нас царя, чтобы мы сражались на пути Аллаха". Он сказал: "Может ли быть, что если вам будет предписано сражаться, вы не станете сражаться?" Они сказали: "Отчего же нам не сражаться на пути Аллаха, если мы изгнаны из наших жилищ и разлучены с нашими детьми?" Когда же им было предписано сражаться, они отвернулись, за исключением немногих. Аллах ведает о беззаконниках.
Ələddin Sultanov:
Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz peyğəmbərlərinə demişdilər: “Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da: “Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar: “Bizə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq onlara vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır.
Kerbelayi Malik ağa:
Hz.Musadan sonra İsrail oğullarından olan öndərləri görmədinmi? Öz peyğəmbərlərinə: ‘Bizim üçün bir məlik bəas et (vəzifələndir) ki, Allahın yolunda döyüşək.’ demişdilər. (O Peyğəmbər də) dedi ki: ‘Əgər döyüşmək sizin üzərinizə yazılsa (fərz qılınsa) sizin döyüşməməyinizdən qorxulur.’ (Öndərlər): ‘Biz üçün Allahın yolunda döyüşməyək? Yurdlarımızdan oğullarımız (arasından) çıxarılmışdıq.’ dedilər. Lakin döyüşmək onların üzərinə yazılınca (fərz qılınınca) onlardan çox azı istisna olmaqla, hamısı üz çevirdilər. Allah zalımları ən yaxşı biləndir.
Ələsgər Musayev:
Ə, görmədinmi tərəfinə tanınmışları Israil oğullarından Musadan sonra? Onda dedilər nəbi üçün onlar: «Qaldır bizim üçün məlik, qətl edək yolunda Allahın!» Dedi: «Ola bilsin, əgər yazılsa qətl üzərinizə, qətl etməyəsiniz?». Dedilər: «Nə üçün qətl etməyək yolunda Allahın? Əlbəttə xaric olduq diyarlarımızdan oğullarımızdan». Amma, yazıldı üzərinə onların qətl, üz çevirdilər, ancaq azı onlardan. Allah Alimdir zalimlər ilə!
A.Mehdiyev və D.Cəfərli:
Musa(nın vəfatın)dan sonra Bəni-İsrail böyüklərindən (əyan-əşraflarından) öz peyğəmbərlərindən birinə (Şəmuilə) «Allah yolunda döyüşməyimiz üçün bizə bir hökmdar göndər» deyən dəstəyə (onların halına qəlb gözü ilə) baxmadınmı? (Peyğəmbərləri onlara) dedi: «Heç sizə döyüş yazılacağı təqdirdə vuruşmayacağınız (və itaətsizlik edəcəyiniz) ehtimalını vermirsiniz?» Dedilər: «Bizə olub ki, öz ev-eşiyimizdən övladlarımızın yanından çıxarıldığımız halda Allah yolunda vuruşmayaq?» Beləliklə onlara döyüş yazılan zaman, onların az bir qismi istisna olmaqla (hamısı) arxa çevirdilər. Allah zalımları tanıyandır.
Kövsər Tağıyev:
Musadan sonra İsrail oğullarından öndə gələnləri görmədinmi (nə etdilər)? Peyğəmbərlərindən birinə: “Bizə bir hökmdar göndər, Allah yolunda savaşaq”, demişdilər. O: “Savaş sizə vacib buyurulduğu zaman savaşmasanız necə?” demişdi. Onlar: “Yurdumuzdan çıxarılmış, övladlarımızdan uzaqlaşdırılmış olduğumuz halda Allah yolunda niyə savaşmayaq ki?!” deyə cavab vermişdilər. Ancaq savaş onlara vacib buyurulduqda, onlardan çox azı xaric, üz döndərdilər. Allah zalımları haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Musadan sonra (gələn) İsrail övladlarından bir dəstəni görmədinmi? Onlar özlərinin bir peyğəmbərinə belə dedilər "Bizə bir hökmdar göndər ki, (onunla birlikdə) Allah yolunda vuruşaq." Peyğəmbər isə dedi: "Sizə döyüşə girmək buyurularsa, ola bilər ki, vuruşmayasınız" Onlar dedilər "Bir halda ki, biz öz yurdumuzdan uşaqlarımızdan uzaqlaşdırılmışıq, onda üçün Allah yolunda vuruşmayaq?" Onlara döyüş əmr oldunduqda, az bir qismi istisna olmaqla, üz döndərdilər. Allah zalımları tanıyır !
Sabirə Dünyamalıyeva:
İsrail oğullarının Musadan sonra böyüklərini görmədinmi/heç düşünmədinmi? Bir zaman onlar öz peyğəmbərlərindən birinə, "Bizə bir hökmdar göndər ki, Allah yolunda vuruşaq!" demişdilər. Peyğəmbər, "Sizə vuruşmaq vacib olsa, görəsən vuruşmaqdan qaçarsınızmı?" dedi. İsrail oğullarının böyükləri dedilər: "Bizə olub ki, yurdumuzdan övladlarımızdan ayrıldığımız halda, Allah yolunda vuruşmayaq?" Sonra da özlərinə vuruşmaq vəzifəsi verildikdə, onlardan çox az bir qismi istisna olmaqla, üz çevirdilər. Allah, özlərinə haqsızlıq edən o kəsləri ən yaxşı biləndir.