Bəqərə Surəsi 247. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik ona heç böyük var-dövlət verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”.
Bünyadov-Məmmədəliyev:
(İsrail övladının) peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!”
Elmir Quliyev :
Их пророк сказал им: "Аллах назначил вам царем Талута (Саула)". Они сказали: "Как он может стать нашим царем, если мы более достойны править, чем он, и он лишен достатка в имуществе?" Он сказал: "Аллах предпочел его вам и щедро одарил его знаниями и статью. Аллах дарует Свое царство, кому пожелает. Аллах Объемлющий, Знающий".
Ələddin Sultanov:
Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk verilməyib”. O (Peyğəmbər) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
Kerbelayi Malik ağa:
Onların Peyğəmbəri onlara dedi ki: ‘Şübhəsiz ki, Allah sizin üçün məlik olaraq Talutu bəas etdi (vəzifələndirdi).’ Dedilər ki: ‘Bizim üzərimizdə onun məlikliyi necə ola bilər? Məlikliyə biz ondan daha çox haqq sahibiyik (daha çox layiqik). Ona var-dövlət verilmədi.’ (Peyğəmbər də) ‘Şübhəsiz ki, Allah onu sizin üzərinizdə (hökmdar) seçdi onun elmini cismini (güc-qüvvətini) artırdı. Allah mülkünü dilədiyi kimsəyə verər. Allah Qəyyumdur (rəhməti elmi hər şeyi əhatə edəndir), Alimdir.
Ələsgər Musayev:
Dedi onlar üçün nəbiləri onların: «Həqiqətən, Allah, əlbəttə, qaldırdı Talutu sizin üçün məlik». Dedilər: «Nə cür olar onun üçün mülk üzərimizə bizim biz haqlıyıq mülk ilə ondan əta olunmayıb artıq maldan?» Dedi: «Həqiqətən, Allah seçdi onu üzərinizə sizin artırdı ona genişlik elmdə cisimdə». Allah əta edir mülkünü kim istəyirAllah Vəsidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi.» Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz ona çoxlu var-dövlət verilmədiyi halda o bizə necə hökmranlıq edə bilər?!» (Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib ona artıq elm cismani güc verib. Allah Öz hökmdarlıq şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət rəhmət baxımından) geniş biləndir.»
Kövsər Tağıyev:
Peyğəmbərləri onlara: “Allah Talutu sizə hökmdar olaraq göndərdi”, dedi. Onlar: “O, necə bizə hökmdar ola bilər? Hökmdarlığa biz ondan daha layiqik. Ona heç mal-dövlət verilməyib”, dedilər. Peyğəmbərləri belə dedi: “Şübhəsiz, Allah onu sizə (hökmdar) seçdi, onun elmini gücünü artırdı”. Allah mülkü istədiyinə verər. Allah lütfü geniş olandır, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların peyğəmbəri dedi: "Budur, Allah Talutu sizə hökmdar göndərdi." Onlar dedilər "Ondan bizə hökmdar olarmı? Hökmdarlığa biz ondan daha çox layiqik. Ona heç böyük var-dövlət verilməmişdir." O dedi: "Allah onu sizin üstünüzə (başçı) qoymaq üçün seçdi, bilikcə bədəncə onun gücünü artırdı. Allah Öz səltənətini istədiyi kəsə verir." Allah genişürəklidir, biləndir!
Sabirə Dünyamalıyeva:
Peyğəmbərləri onlara, "Şübhəsiz ki, Allah, sizə hökmdar olaraq Talutu göndərdi" demişdi. İsrail oğulları, "O, necə bizim hökmdarımız ola bilər, halbuki hökmdar olmağa bizim ondan daha çox haqqımız var, ona mal-dövlət olaraq bir genişlik, bir bolluq da verilməmişdir" dedilər. Peyğəmbərləri, "Onu sizin başınıza Allah seçmişdir onu elm bədəncə üstün etmişdir" dedi. Allah da mülkünü istədiyi kəsə verər. Allah, elmi rəhməti geniş sərhədsiz olandır, çox yaxşı biləndir.