Əlixan Musayev:
(Möminlər) Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır.
Elmir Quliyev
:
Они разгромили их по воле Аллаха. Давуд (Давид) убил Джалута (Голиафа), и Аллах даровал ему царство и мудрость и научил его тому, чему пожелал. Если бы Аллах не сдерживал одних людей посредством других, то земля пришла бы в расстройство. Однако Аллах милостив к мирам.
Ələddin Sultanov:
Beləcə, Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada məruz qalardı. Lakin Allah aləmlərə (insanlara) qarşı lütfkardır.
Kerbelayi Malik ağa:
Nəhayət Allahın izniylə onları məğlubiyyətə uğratdılar. Davud Calutu öldürdü. Allah ona (Davuda) məliklik (hökmdarlıq) və hikmət verdi və ona dilədiyi şeylərdən öyrətdi. Əgər Allah insanların bir qismini digərləri ilə dəf etməsəydi, yer üzündə mütləq fəsad çıxardı (yer üzünün nizamı pozulardı). Lakin Allah aləmlərin üzərində fəzl sahibidir.
Ələsgər Musayev:
Məğlub etdilər onları iznilə Allahın və
qətl etdi Davud Calutu və əta etdi ona Allah mülk və hikmət
və bildirdi ona nədən istəyirdi. Əgər dəf etməsəydi Allah
insanları, bəzisini onların bəzisi ilə, fəsad olardı ərz. Və lakin
Allah fəzl sahibidir üzərində aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Allahın köməyi ilə onları məğlub etdilər və (Talutun əsgərlərindən olan) Davud Calutu öldürdü. Allah ona səltənət, hökmdarlıq və hikmət (şəriət elmləri və əqli maarif) verdi və (Zəbur kitabı, gerçəklik əsasında hökm çıxarmaq, quşların dilləri və dəmirdən zireh toxumaq kimi) istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf və mərhəmət sahibidir.
Kövsər Tağıyev:
Allahın izni ilə onları məğlubiyyətə uğratdılar. Davud Calutu öldürdü. Allah ona (Davuda) hökmdarlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allahın, insanların bir qismi ilə digərlərini dəf etməsi olmasaydı, yer üzü fitnə-fəsada uğrayardı. Ancaq Allah bütün aləmlərə qarşı lütf sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın izni ilə onları məğlubiyyətə uğratdılar. Davud Calutu öldürdü və Allah ona hökmdarlıq və hikmət verərək istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah onların bir hissəsini digər hissəsi vasitəsilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Allah isə aləmlər üçün lütf sahibidir.
Sabirə Dünyamalıyeva:
Sonra da, Allahın izni ilə/məlumatı daxilində Calutu və [onun] ordusunu darmadağın etdilər. Davud da Calutu öldürdü və Allah ona hökmranlıq [verdi], fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları verdi. Ona istədiyi şeyləri də öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qisimiylə dəf etməsəydi, yer üzü həqiqətən fitnə-fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı böyük bir lütf sahibidir.