Əlixan Musayev:
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və başqa) peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd əleyhissəlamın peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir.
Elmir Quliyev
:
Потом Мы отправили по их следам Наших посланников, и отправили Ису (Иисуса), сына Марьям (Марии), и даровали ему Инджил (Евангелие). В сердца тех, которые последовали за ним, Мы вселили сострадание и милосердие, а монашество они выдумали сами. Мы не предписывали им этого, но они поступили так, дабы снискать довольство Аллаха (или Мы предписали им только стремиться к довольству Аллаха). Но они не соблюдали его должным образом. Тем из них, которые уверовали, Мы даровали их награду, но многие из них являются нечестивцами.
Ələddin Sultanov:
Sonra onların ardınca peyğəmbərlərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlblərinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman gətirənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir.
Kerbelayi Malik ağa:
Sonra onların izləri üzərinə rəsullarımızı ard-arda göndərdik. Məryəm oğlu İsanı (ə.s) göndərdik və Ona İncili verdik. Ona tabe olanların qəlblərinə şəfqət və rəhmət yerləşdirdik. Onlar özlərindən rahiblik icad etdilər. Biz Allahın rizasını qazanmaqdan başqasını onlara fərz qılmadıq. Halbuki Ona haqqıyla riayət etmədilər. Beləcə onlardan, amənu olanların əcrlərini verdik və onlardan çoxu fasiqlərdi.
Ələsgər Musayev:
Sonra
göndərdik əsərləri üzərində onların rəsullarımızla və ardınca
onların göndərdik Isa Məryəm oğlu ilə və əta etdik ona Incili və
etdik qəlbində o kəslərin ki, tabe oldular ona, raufu və rəhməti
və onlar isə rahibliyi seçdilər. Biz onlar üçün onu yazmadıq,
ancaq üzərində onların Allahın razılığını. Və amma ona haqq
ilə riayət etmədilər və əta etdik o kəslərə ki, onlardan inandılar,
onların əcrlərini. Əksəriyyəti onlardan fasiqlərdir.
A.Mehdiyev və D.Cəfərli:
Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.
Kövsər Tağıyev:
Sonra onların ardından ard-arda peyğəmbərlərimizi göndərdik. Onların ardından da Məryəm oğlu İsanı göndərdik, ona İncili verdik və ona tabe olanların qəlblərinə şəfqət və mərhəmət duyğusu yerləşdirdik. (Özlərindən) icad etdikləri rahibliyə gəlincə, biz onu onlara vacib buyurmamışdıq. Allahın razılığını qazanmaq üçün onu özləri icad etmişdilər. Lakin ona da lazımınca riayət etmədilər. Biz də onlardan iman edənlərə mükafatlarını verdik. Lakin onlardan bir çoxu da fasiq kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra onların ardınca dalbadal peyğəmbərlərimizi göndərdik. Sonra Məryəm oğlu İsanı göndərib ona İncili bəxş etdik. Onun ardınca gedənlərin ürəklərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özləri icad etdilər. Biz onlara bunu vacib buyurmamışdıq. Onlar bunu ancaq Allahın razılığını qazanmaq üçün etmişdilər. Lakin buna da lazımınca əməl etmədilər. Biz onların içərisində iman gətirənlərə öz haqlannı verdik, onlardan bir çoxu isə yoldan çıxmışdı.
Sabirə Dünyamalıyeva:
Sonra, onların arxasınca ard-arda elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da onların arxasınca göndərdik; ona İncili verdik və ona tabe olan kəslərin qəlblərinə bir şəfqət və mərhəmət yerləşdirdik. Uydurduqları rahiblik [Malı- mülkü, həyat yoldaşı övladı tərk edib zahid bir həyat yaşamaq "prinsipi]; onu, onların üstünə Biz yazmadıq. Yalnız Allah rizasını qazanmaq üçün meydana çıxardılar. Sonra da buna layiqincə riayət etmədilər. Sonra da Biz onlardan iman edən kəslərə əvəzini verdik. Onlardan bir çoxu da haqq yoldan çıxmış olanlardır.