Əlixan Musayev:
Əgər səfərdə olsanız və katib tapmasanız, (borc yiyəsinə) saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.
Bünyadov-Məmmədəliyev:
Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!
Elmir Quliyev
:
Если вы окажетесь в поездке и не найдете писаря, то назначьте залог, который можно получить в руки. Но если один из вас доверяет другому, то пусть тот, кому доверено, вернет доверенное ему и убоится Аллаха, своего Господа. Не скрывайте свидетельства. А у тех, кто скрывает его, сердце поражено грехом. Аллаху известно о том, что вы совершаете.
Ələddin Sultanov:
Əgər siz səfərdə olub katib tapa bilməsəniz bir şeyi girov qoymağınız da kifayətdir. Biriniz digərinə bir şey əmanət edibsə, əmanət verilən kimsə əmanəti (vaxtı gələndə sahibinə) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Kim onu gizlədərsə, şübhəsiz, onun qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir.
Kerbelayi Malik ağa:
Əgər siz səfərdəsinizsə və bir katib də tapa bilməsəniz, o zaman (borcludan) alınan girovlar (kifayət edər), bir-birinizdən əmin olduğunuz təqdirdə (etibar edirsinizsə), o halda etibar olunan şəxs onun əmanətini (borcunu) ödəsin. Rəbbi olan Allaha qarşı təqva sahibi olsun (və çəkinsin). Şahidliyi də gizlətməyin. Kim onu (şahid olduğu şeyi) gizlətsə, o təqdirdə şübhəsiz ki, onun qəlbi günahkardır. Allah etdiklərinizi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Və əgər oldunuz üzərində səfərin və tapmadınız yazan
və onda götürülür girovlar. Əgər əminsə sizlərdən bəziniz
bəzisinə və onda gərək qaytarsın əmin kəs o əmanəti və
gərək qorxsun Allahdan – Rəbbindən onun! Gizlətməyin
şəhadəti! Kim gizlədərsə onu, həqiqətən, odur ki, onun qəlbi
günahlıdır və Allah nə ilə ki, əməldəsiniz, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər səfərdə olsanız və katib tapmasanız (sənəd və şahidin əvəzi) alınmış girovlardır. Əgər sizdən kimsə digər birinə inansa (və girov almasa), gərək inanılan şəxs əmanətini (borcunu) qaytarsın və Rəbbi olan Allahdan qorxsun. (Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır. Allah əməllərinizi biləndir.
Kövsər Tağıyev:
Əgər səfərdə olub bir katib də tapa bilməsəniz, o zaman qoyulmuş girovlar da kifayətdir. Əgər bir-birinizə güvənirsinizsə, özünə güvənilən kəs əmanətini (borcunu) ödəsin və Rəbbi olan Allahdan çəkinsin. Şahidliyi də gizlətməyin. Kim şahidliyi gizlərsə, şübhəsiz, onun qəlbi günahkardır. Allah etdiklərinizi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər səfərdə olsanız və şahid tapa bilməsəniz, onda girov alınar. Əgər bir-birinizə inanırsınızsa, onda borc alanın əmanəti geri qaytarılsın və qoy o, Allahdan, öz Rəbbindən qorxsun. Şahidliyi gizlətməyin. Kim gizlətsə, ürəyi günaha batar. Allah sizin nələr etdiyinizi bilir.
Sabirə Dünyamalıyeva:
Və əgər siz, səfərdə olsanız və bir katib tapmasanız, o vaxt bir girov [alın]! Yox, əgər bir-birinizə etibar edirsinizsə, etibar edilən şəxs, boynundakı əmanəti qaytarsın. Və Rəbbi olan Allahın mühafizəsi altına daxil olsun. Şahidliyi də gizlətməyin. Onu kim gizlətsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Və Allah, etdiklərinizi çox yaxşı biləndir.