Ənfal Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ayələrimiz onlara oxunduğu zaman deyərlər: “Artıq eşitdik. İstəsək, biz buna bənzərini deyə bilərik. Bu, keçmiş-dəkilərin əfsanələrindən başqa bir şey deyildir”.
Bünyadov-Məmmədəliyev:
Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” söyləyərlər.
Elmir Quliyev :
Когда им читают Наши аяты, они говорят: "Мы уже слышали это. Если мы захотим, то сочиним нечто подобное. Ведь это всего лишь легенды древних народов".
Ələddin Sultanov:
Ayələrimiz onlara oxunduğu zaman dedilər ki: “Eşitdik. İstəsəydik, biz bunun bənzərini əlbəttə, söyləyə bilərdik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”.
Kerbelayi Malik ağa:
Ayələrimiz onlara oxunduğu zaman ‘Biz eşitdik. Əgər biz diləsəydik, bunun kimisini əlbəttə, biz söyləyərdik. Bu isə ancaq əvvəlkilərin əfsanələridir.’ dedilər.
Ələsgər Musayev:
Onda ki, Bizim ayətlərimiz onlara tilavat olunur, deyirlər: «Biz, əlbəttə, eşitmişik. Əgər istəsəydik bunun mislini deyərdik. Əgər, bu, ancaq əsatiridir əvvəlkilərin!»
A.Mehdiyev və D.Cəfərli:
Bizim kitabın ayələri onlara oxunduqda (inadın təkəbbürün çoxluğundan) «əlbəttə eşitdik; əgər istəsək biz bunun kimisini deyərik; bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir» deyərlər.
Kövsər Tağıyev:
Onlara ayələrimiz oxunduğu zaman: “Eşitdik. İstəsək, biz bunun bənzərini, əlbəttə, söyləyərik. Bu, keçmişlərin nağıllarından başqa bir şey deyil”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim ayələrimiz onlara oxunduqda deyərlər: "Artıq eşitdik, əgər istəsək, biz buna bənzərini deyə bilərik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir".
Sabirə Dünyamalıyeva:
Onlara ayələrimiz oxunduğu zaman, "Eşitdik, istəsək bunun kimisini biz söyləyərik, bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil" demişdilər.