Maidə Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Buna görə İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar.
Bünyadov-Məmmədəliyev:
Buna görə İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl cinayət etməklə) həddi aşdılar.
Elmir Quliyev :
По этой причине Мы предписали сынам Исраила (Израиля): кто убьет человека не за убийство или распространение нечестия на земле, тот словно убил всех людей , а кто сохранит жизнь человеку, тот словно сохранит жизнь всем людям. Наши посланники уже явились к ним с ясными знамениями, но многие из них после этого излишествуют на земле.
Ələddin Sultanov:
Buna görə İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. (Həqiqətən də, tarix boyu İsrail oğulları dünyada müharibələr, çevrilişlər, müxtəlif cür hiylələr fitnə-fəsadların səbəbkarları olmuş, yaxud bu kimi hadisələrdə mühüm rol oynamışlar.)
Kerbelayi Malik ağa:
Buna görə (Tövratda) İsrail oğullarına belə yazdıq: Kim bir adamı bir adam qarşılığında olmadan ya yer üzündə bir fəsada qarşılıq olmadan öldürsə, şübhəsiz ki, o, bütün insanları öldürmüş kimidir. Kim (bir adamın həyatını xilas etməklə) yaşatsa, bütün insanları yaşatmış kimi olar. And olsun ki, rəsullarımız onlara açıq-aşkar dəlillər ilə gəldi. Sonra da şübhəsiz onlardan bir çoxu bundan sonra, həqiqətən yer üzündə müsriflər (həddi aşanlar) oldular.
Ələsgər Musayev:
Bu vaxtdan yazdıq üzərinə oğullarının Israilin haqdır o: kim qətl edərsə nəfsi qeyri - nəfslə, ya fəsad edərsə ərzdə, olur ki, qətl edə insanları cəmiyyən. Kim diri edərsə onu, elə olur ki, diri edir insanları cəmiyyən. əlbəttə, gəldi onlara rəsullarımız bəyanatlarla. Sonra həqiqətən, əksəri onlardan bundan sonra ərzdə israfkardırlar.
A.Mehdiyev və D.Cəfərli:
Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad qan tökməyə başladılar.
Kövsər Tağıyev:
Buna görə İsrail oğullarına (Kitabda) bunu yazdıq: “Kim bir insanı bir canın qarşılığı olmadan ya yer üzündə fitnə-fəsad çıxarmağın qarşılığı olmadan öldürsə, o, sanki bütün insanları öldürmüşdür. Kim birini (həyatını xilas edərək) yaşatsa, sanki bütün insanları yaşatmışdır”. And olsun ki, rəsullarımız onlara açıq-aşkar dəlillər (möcüzə ayələr) gətirdilər. Amma onlardan bir çoxu bundan sonra da yer üzündə (hələ də) həddi aşırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Məhz buna görə Biz İsrail oğulları üçün belə bir hökm yazdıq ki, kim bir kəsi öldürməmiş ya yer üzündə fəsad törətməmiş bir nəfəri öldürərsə, sanki bütün insanları öldürmüş olur; onu ölümdən qurtararsa, sanki bütün insanları qurtarmış olur. Peyğəmbərlərimiz onlara [insanlara] aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə ifrata vardılar.
Sabirə Dünyamalıyeva:
Bunların [bu hadisələrin] cərəyan etməsi səbəbindən Biz İsrail oğullarına belə vacib etdik: "Şübhəsiz ki, hər kim bir şəxsin [bir şəxsi öldürməyin] ya yer üzündə fitnə-fəsadın [fitnə-fəsad törətməyin] əvəzi olmadan bir kəsi öldürsə [bir şəxsi öldürməmiş yer üzündə fitnə-fəsad törətməmiş birini öldürsə], bütün insanları öldürmüş kimi olar. Kim bir şəxsin yaşamasına səbəb olsa, bütün insanları yaşatmış kimi olar." həqiqətən onlara elçilərimiz açıq-aşkar dəlillərlə gəldilər. Sonra da, şübhəsiz onların bir çoxu, həqiqətən yer üzündə həddini aşan kəslərdir.