Əlixan Musayev:
De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.
Elmir Quliyev
:
Скажи: "Кто запретил украшения Аллаха, которые Он даровал Своим рабам, и прекрасный удел?" Скажи: "В мирской жизни они предназначены для тех, кто уверовал, а в День воскресения они будут предназначены исключительно для них". Так Мы разъясняем знамения людям знающим.
Ələddin Sultanov:
De: “Allahın qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik.
Kerbelayi Malik ağa:
De ki: ‘Allahın qulları üçün çıxartdığı zinəti və ruzidən təmiz (halal) olanı kim haram etdi. O, dünya həyatında amənu olanlar üçündür. Qiyamət günündə də, xüsusilə amənu olanlara aiddir.’ Beləcə bilən bir qövm üçün ayələri ayrı-ayrı açıqlayırıq.
Ələsgər Musayev:
De: «Kim Allahın öz bəndələri üçün xaric etdiyi zinəti və pak ruziləri qadağan edibdir?» De: «Bu, o kəslər üçündür ki, dünya həyatında xalisanə qiyamət gününə inanırlar». Biz ayətlərimizi bilən qoum üçün belə müfəssəl edirik!
A.Mehdiyev və D.Cəfərli:
De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.
Kövsər Tağıyev:
De ki: “Allahın, qulları üçün yaratdığı zinəti və təmiz ruzini kim haram etmişdir?” De ki: “Bunlar dünya həyatında möminlər üçündür. Qiyamət günündə isə yalnız onlara məxsusdur. Bilən bir topluluq üçün ayələrimizi müfəssəl açıqlayırıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahın Öz bəndələri üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De: "Bunlar bu dünya həyatında qiyamət gününə sidqlə iman gətirənlər üçündür". Anlayan adamlara ayələri beləcə müfəssəl açıqlayırıq.
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın, bəndələri üçün üzə çıxartdığı zinətləri və təmiz ruziləri kim haram etmişdir?" De ki: "Bunlar, müvəqqəti dünya həyatında inananlar üçündür -qiyamət günündə yalnız onlara məxsus olacaq.-" Bax beləliklə Biz, ayələrimizi bilən bir tayfaya belə ətraflı izah edirik.