Yunus Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “(Allaha) qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah (Öz qullarını) haqqa yönəldir. Elə isə (deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə olub? Necə mühakimə edirsiniz?”
Bünyadov-Məmmədəliyev:
De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?” (Sənə cavab verə bilməyən müşriklərə) de: “Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə olub? Necə mühakimə yürüdürsünüz?”
Elmir Quliyev :
Спроси: "Есть ли среди тех, кого вы придаете в сотоварищи к Аллаху, такой, который указывает путь к истине?" Скажи: "Аллах указывает путь к истине. Кто более достоин того, чтобы за ним следовали: тот, кто сам указывает путь к истине, или же тот, кто не может найти верного пути, пока ему не укажут на него? Что с вами? Как вы судите?"
Ələddin Sultanov:
De: “Qoşduğunuz şəriklərin arasında haqq yola yönəldən biri varmı?” De: “Allah haqq yola yönəldir. Elə isə doğru yola yönəldənmi tabe olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilməyincə doğru yolu tapa bilməyənmi? Sizə olub? Siz necə hökm verirsiniz?”
Kerbelayi Malik ağa:
De ki: ‘Sizin ortaqlarınızdan Haqqa hidayət edəcək kimsə varmı?’ De ki: ‘Allah Haqqa hidayət edər. Elə isə Haqqa hidayət edənmi tabe olmağa daha layiqdir yoxsa hidayətə ərdirilmədikcə, özü hidayətə ərə bilməyən kimsəmi?’ Artıq sizə olur, necə hökm verirsiniz?
Ələsgər Musayev:
De: «Şəriklərinizdən varmı haqqa tərəf hidayət edə?» De: «Allahdır ki, haqq üçün hidayət edir. Ə, kim ki, haqqa tərəf hidayət edir, haqdır ki, itaət oluna, yoxsa kim ki, hidayət etmir, ancaq özü hidayət olunur? Sizə olub, necə hökm edirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Sizin şəriklərinizdən haqqa tərəf hidayət edən bir kəs varmı?» De: «Haqqa tərəf hidayət edən yalnız Allahdır (O hər bir varlığı xilqətindən öz təbii məqsədinə doğru hidayət edir şəriət vasitəsi ilə doğru yola gətirilməyə layiq hər bir kəsi öz xeyirli məqsədinə doğru istiqamətləndirir). Belə isə, arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə olmuşdur? Necə mühakimə yürüdürsünüz?!
Kövsər Tağıyev:
De ki: “Allaha qoşduğunuz şəriklərinizdən haqqa yönəldən biri varmı?” De ki: “Haqqa Allah yönəldər”. Elə isə haqqa yönəldən tabe olunmağa daha layiqdir, yoxsa doğru yola yönəldilmədikcə onu tapa bilməyən? Sizə olub? Necə mühakimə yürüdürsünüz?
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Sizin qoşduğunuz şəriklərdən eləsi varmı ki, haqqa yol göstərsin?" De: "Allah haqqa yol göstərir. Haqqa yol göstərən kəs ardınca gedilməyə daha layiqdir, yoxsa özünə doğru yol göstərməyincə o yolu tapmayan? Sizə olub, siz necə mühakimə yürüdürsünüz?"
Sabirə Dünyamalıyeva:
De ki: "Şərikləriniz içərisində doğru yolu göstərəcək biri varmı?" De ki: "Allah, haqq olan doğru yola yönəldər. O halda, kim doğru yola yönəldər? O halda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə yol göstərilməmiş onu tapa bilməyən kəs? O halda, sizə olub? Necə hökm verirsiniz?"