Ənam Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onların (haqdan) üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin içinə (enə biləcəyin) bir lağım göyə (çıxa biləcəyin) bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!
Bünyadov-Məmmədəliyev:
Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir möcüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək istədiyini) bilməyənlərdən olma!
Elmir Quliyev :
Если тебя тяготит их отвращение, то если ты сможешь отыскать проход в земле или лестницу на небо, то принеси им знамение. Если бы Аллах пожелал, то собрал бы их всех на прямом пути. Посему не будь одним из невежд.
Ələddin Sultanov:
Əgər onların (haqdan) üz çevirmələri sənə ağır gəlirsə, bacarırsansa, yerin daxilinə (enə biləcəyin) bir lağım, yaxud göyə çıxa biləcəyin bir nərdivan axtar ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah diləsəydi, onları doğru yol üzərində birləşdirərdi. Ona görə əsla cahillərdən olma! (Yuxarıdakı ayədən başa düşüldüyü kimi, möcüzə göstərmək Həzrət Peyğəmbərin (s.ə.s) əlində deyildi. Peyğəmbər (s.ə.s) möcüzə istəsə də, Allah diləmədikcə möcüzə göstərə bilməzdi.)
Kerbelayi Malik ağa:
Onların üz çevirmələri sənə ağır gəlirsə, o zaman gücün çatarsa, yerin dibinə bir tunel açılmasını ya səmaya bir nərdivan qurulmasını istə. Beləcə onlara bir ayə (möcüzə) gətir. Allah diləsəydi, əlbəttə hamısını hidayət üzərində toplayardı. Artıq əsla cahillərdən olma!
Ələsgər Musayev:
Əgər onların üz döndərmələri sənə böyük gəlirsə əgər bacarırsan lağım vurub ərz altına girsənə, ya səmaya sülüm qoyub onlar üçün ayətlə gəlsənə! Əgər Allah istəsə onları cəmyən hidayət edər buna görə cahillərdən olma!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin göyün dərinliklərindən başqa) bir nişanə möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.
Kövsər Tağıyev:
Əgər onların üz çevirmələri sənə ağır gəldisə, bir lağım açıb yerin dibinə enərək, yaxud bir nərdivan qurub göyə çıxaraq onlara bir möcüzə gətirməyə gücün çatırsa, dayanma, et! Əgər Allah istəsəydi, əlbəttə, onları hidayət yolunda toplayardı. O halda əsla cahillərdən olma.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların dönüklüyü sənə ağır gəldikdə, olaydı, sən yerə bir lağım atmaqla ya səmaya nərdivan ucaltmaqla onlara bir möcüzə göstərə biləydin! Allah istəsəydi onları düz yol üzərinə toplardı; sən cahillərdən olma!
Sabirə Dünyamalıyeva:
əgər onların üz döndərməsi sənə ağır gəlirsə, haydı, gücün çatırsa yerin içində bir dəlik, yaxud da göydə bir nərdivan axtar onlara bir işarət/nişan göstər! Allah istəsəydi, həqiqətən onları doğru yol üstündə toplayardı. O halda, qətiyyən cahillərdən olma!