Mömin Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim pis bir tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı görən kişilər qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.
Bünyadov-Məmmədəliyev:
Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!
Elmir Quliyev :
Тот, кто совершил зло, получит только соответствующее воздаяние. А те мужчины и женщины, которые поступали праведно, будучи верующими, войдут в Рай, в котором они будут получать удел без счета.
Ələddin Sultanov:
Kim pis bir görərsə, yalnız etdiyi pis qədər cəza alar. Mömin olub yaxşı bir görən kişi, yaxud qadın isə cənnətə girəcək orada onlara saysız-hesabsız ruzilər veriləcəkdir.
Kerbelayi Malik ağa:
Kim günah işləyərsə mislindən çoxu ilə cəzalandırılmaz. Qadınlardan ya kişilərdən kim əməli salihat (nəfsi islahedici əməllər) işləyərsə, onlar (imanı artan) möminlərdir. Onlar cənnətə daxil ediləcək orada saysız-hesabsız ruzi veriləcək.
Ələsgər Musayev:
Kim pis əməl edir, ancaq onun mislini mükafat alacaq kim əməli islahatdır kişilərdən ya qadınlardan o, inanandır həmin onlar daxil olacaqlar cənnətə orada hesabsız ruzi onlar arasında bölünəcəkdir!
A.Mehdiyev və D.Cəfərli:
Kim pis görsə, yalnız onun miqdarında cəzalandırılacaq kişi ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən möminin hesabından xaric həddə) ruzi veriləcəkdir.»
Kövsər Tağıyev:
“Kim bir pislik edərsə, sadəcə o qədər cəza alar. Qadın ya kişi kim mömin olaraq saleh bir əməl işləsə, onlar cənnətə girəcək onlara orada saysız-hesabsız ruzi veriləcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim pis tutarsa, ancaq ona bənzəri ilə cəzalandırılar. Kim iman gətirib əməlisaleh olarsa, kişi ya qadın olsun, onlar cənnətə daxil olaraq orada saysız-hesabsız ruzi alarlar.
Sabirə Dünyamalıyeva:
Hər kim bir pislik etsə, ona ancaq etdiyinin bir misli cəza verilər. kişi ya qadın, hər kim mömin olaraq yaxşılaşdırmaq qayəsi ilə əməl işləsə, artıq onlar cənnətə girər orada onlar üçün saysız-hesabsız ruzi var."