Zümər Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Kitabı sənə, insanlar üçün (zəruri) (olan) bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, (xeyri) onun özünə olar, kim azğınlığa düşsə, (ziyanı) onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Biz Kitabı (Quranı) insanlar üçün sənə haqq olaraq nazil etdik. Kim doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan) çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyirsən!
Elmir Quliyev :
Мы ниспослали тебе Писание для людей с истиной. Тот, кто последовал прямым путем, поступил во благо себе. А тот, кто впал в заблуждение, поступает во вред только себе, и ты не являешься их попечителем и хранителем.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, Biz insanlar üçün Kitabı sənə haqq olaraq nazil etdik. Kim doğru yola yönələrsə, bu onun lehinə, kim doğru yoldan azarsa, bu da onun əleyhinə olar. Sən onların vəkili deyilsən.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz sənə Kitabı insanlar üçün haqq ilə endirdik. Artıq kim hidayətə ərərsə, öz nəfsi üçündür. Kim dəlalətdə qaldısa, o təqdirdə öz əleyhinə dəlalətdədir. Sən onların üzərində vəkil deyilsən.
Ələsgər Musayev:
Biz nazil etdik sənin üzərinə kitabı insanlar üçün haqq ilə. Kim hidayət tapıbsa, öz nəfsi üçündür kim zəlalətə düşübsə, həqiqətən, zəlalətə düşüb öz əleyhinə sən üzərində onların vəkil deyilsən.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz bu kitabı sənə insanlar üçün, haqq olaraq nazil etdik. Buna görə kim doğru yola gəlsə öz xeyrinə hidayət olub kim yolunu azsa yalnız öz ziyanına azır. Sən onların işlərinin vəkili deyilsən (ki, imanı onların qəlbinə çatdırmaq vəzifəsi daşıyasan. Bu, Allahın işidir).
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Biz sənə Kitabı (Qur`anı) insanlar üçün haqq olaraq endirdik. Kim doğru yola girərsə, özü üçün girmiş olar. Kim doğru yoldan saparsa, sadəcə öz əleyhinə sapar. Sən onlara vəkil deyilsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənə insanlar üçün haqq olaraq Kitab nazil etdik. Kim düz yolla gedərsə, özü üçün gedər kim yoldan azarsa (bunu) öz əleyhinə etmiş olar. Sən onlara vəkil deyilsən!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Biz bu kitabı sənə, insanlar üçün haqq olaraq nazil etdik. O halda, kim yönəldildiyi doğru yolu tapsa, artıq öz lehinədir. Kim azsa, artıq o, sırf öz əleyhinə olaraq azar. sən onları dəstəkləyən, onlardan məsul olan biri deyilsən.