Maidə Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar (haqqı dərk etdikdən) sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu (dəyişdirilən hökm) verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!
Elmir Quliyev :
О Посланник! Пусть тебя не печалят те, которые стремятся исповедовать неверие и говорят своими устами: "Мы уверовали", хотя их сердца не уверовали. Среди исповедующих иудаизм есть такие, которые охотно прислушиваются ко лжи и прислушиваются к другим людям, которые не явились к тебе. Они искажают слова, меняя их местами, и говорят: "Если вам дадут это, то берите, но если вам не дадут этого, то остерегайтесь". Того, кого Аллах желает подвергнуть искушению, ты не властен защитить от Аллаха. Их сердца Аллах не пожелал очистить. В этом мире их ожидает позор, а в Последней жизни им уготованы великие мучения.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən elələri var ki, yalan sözlərə sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. (Yuxarıdakı ayənin nazil olma səbəbi kimi bildirilir ki, Mədinədə yəhudilər arasında zina hadisəsi baş verdi onlardan bəziləri: “Mühəmmədin yanına gedək. Əgər o, rəcm cəzasından başqa bir cəza verərsə, onu qəbul edərik bunu Allaha qarşı dəlil kimi göstərərik”, dedilər. Həzrət Peyğəmbərin (s.ə.s) yanına gəldiklərində isə, Həzrət Peyğəmbər (s.ə.s) onlara Tövratda da zinanın cəzasının rəcm olduğunu bildirdi yəhudilərin bu hiyləsini puça çıxartdı.)
Kerbelayi Malik ağa:
Ey Rəsul! Ağızlarıyla iman etdik deyib, qəlbləri iman etməyənlərdən küfrdə yarışanlar səni üzməsin. Yəhudilərdən dinləyənlərin bir qismi sənin yanına gəlməyən başqa bir camaata yalan danışmaq üçün dinləyənlərdir. Kəlmələrin yerlərini sonradan dəyişdirərək: ‘Əgər sizə bu verilsə, o zaman onu alın, əgər (belə) verilməzsə, o təqdirdə çəkinin.’ deyərlər. Allah kimin fitnə içində qalmasını dilərsə, artıq sən onun üçün Allahdan gələn bir şeyə əsla mane olacaq deyilsən. Onlar elə kəslərdir ki, Allah onların qəlblərini təmizləməyi diləməz. Onlar üçün dünyada bir rəzillik vardır, axirətdə onlara ‘böyük əzab’ vardır.
Ələsgər Musayev:
Ay rəsul! Səni hüznlü etməsin o kəslər ki, küfrə can ataraq, dildə: «Biz iman gətirmişik!» deyirlər onlar qəlblərində inanmırlar. O kəslərdən ki, hidayət olunublar, yalana qulaq asanlar, sənin yanına gəlməyən ayrı bir qouma qulaq asırlar, kəlmələrin mövzusun təhrif edib deyirlər: «Əgər bu sizə verilsə, onu qəbul edin əgər verilməsə, çəkinin ondan.». O kimi ki, Allah istəyir sınasın, malik deyilsən onun üçün Allahdan bir şeyə. Həmin onlar o kəslərdir ki, Allah istəməyib qəlblərini onların pak etsin. Onlar üçün dünyada rüsvayçılıq var axirətdə əzəmətli əzab onlar üçündür!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə kömək etməkdə) tələsən kəslər istər dilləri «iman gətirdik» deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün əgər onu verməsələr (ondan başqasını versələr) çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır.
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Qəlbən inanmadıqları halda ağızlarıyla “İnandıq” deyənlər (münafiqlər) ilə yəhudilərdən küfrdə yarışanlar səni üzməsin. Onlar (yəhudilər öz din alimlərinin Allaha iftira Tövratı təhriflə bağlı uydurduqları) yalanlara qulaq asar, (həmçinin kin düşmənçilikləri səbəbilə) sənin yanına gələ bilməyən bir (yəhudi) camaata qulaq asarlar (və onların yalanlarını, sözlərini tətbiq edərlər). (Qulaq asdıqları kimsələr) sözləri yerlərindən oynadıb (təhrif edər) belə deyərlər: “Əgər sizə bu (təhrif edilmiş) hökm verilərsə, onu tutun. O verilməzsə, uzaq durun”. Allah kimin əzaba düçar olmasını istəmişsə, artıq sən onun üçün qətiyyən Allaha qarşı bir şey edə bilməzsən. Onlar elə kəslərdir ki, Allah onların qəlblərini təmizləmək istəməmişdir. Onlara dünyada bir rüsvayçılıq, axirətdə isə yenə onlara böyük bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər! Dilləri ilə "Biz iman gətirdik!“ - deyərək ürəklərində inanmayanlardan yəhudilərdən küfr içində olanların halı səni kədərləndirməsin. Onlar yalana qulaq asır, sənin hüzuruna gəlməyən başqa adamlara qulaq asırlar. Onlar kəlamları sonradan öz yerlərindən dəyişərək təhrif edib deyirlər: "Əgər sizə bu [təhrif olunmuş hökm] verilərsə qəbul edin, o verilməsə, onda (qəbul etməkdən) çəkinin." Allah kimi fitnəyə salmaq istərsə, sən onu Allahdan xilas etmək üçün heç bir şey edə bilməzsən. O kəslərin ki, ürəklərini Allah pak etmək istəmir, onlar üçün bu dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Ey Elçi! Qəlbləri iman etmədiyi halda ağızları ilə "İnandıq" deyənlər yəhudiləşənlərin hər zaman yalana qulaq asanları ilə sənin yanına gəlməyən kəslər üçün dinləyənləri/casusluq edənləri, küfr [Allahın məbud rəbb olduğunu bilərək rədd etmək] içində qaçışan kəslər səni kədərləndirməsin. Onlar, sözü öz yerindən oynadıb dəyişdirirlər. "Əgər sizə bu verilsə dərhal alın, o verilməsə çəkinin!" deyirlər. Allah, bir kimsəni dindən çıxmaq atəşinə salmaq istəsə, sən Allaha qarşı, onun [o kimsənin] lehinə heç bir şey edə bilməzsən. Onlar, Allahın, qəlblərini təmizləmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada rüsvayçılıq var axirətdə onlara çox böyük bir əzab var.