Əlixan Musayev:
Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb (peyğəmbər)?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar).
Elmir Quliyev
:
Если бы Мы сделали его Кораном не на арабском языке, то они непременно сказали бы: "Почему его аяты не разъяснены? Неарабская речь и араб?" Скажи: "Он является верным руководством и исцелением для тех, которые уверовали. А уши неверующих поражены глухотой, и они слепы к нему. Это — те, к которым взывают издалека".
Ələddin Sultanov:
Əgər onu yad bir dildə Quran etsəydik, əlbəttə, onlar: “Onun ayələri izah olunmalı deyildimi? (Quran) yad dildə, (Peyğəmbər) isə ərəb olarmı?” - deyəcəkdilər. De ki: “O, iman gətirənlər üçün doğru yol rəhbəri və şəfadır. İman gətirməyənlərə gəldikdə, onların qulaqlarında ağırlıq (karlıq) vardır və o (Quranı anlamaq) onlara qapalıdır. (Sanki) onlara uzaqdan səslənilir (və onlar heç bir şey başa düşmürlər).
Kerbelayi Malik ağa:
Əgər Onu (Kitabı) yad bir dildə olan Quran etsəydik, mütləq: ‘Onun ayələri açıqlanmalı deyildimi?’ deyərdilər. Ərəb yad dilmi? De ki: ‘O, amənu olanlar üçün hidayət və şəfadır. Mömin olmayanların qulaqlarında vəqra vardır. Onlar Ona (Qurana) qarşı kordurlar. Onlara uzaq bir yerdən səslənilər.’
Ələsgər Musayev:
Əgər Biz etsəydik onu əcəmi dilində Qur’an, onda deyərdilər:
«Əgər onun ayətləri aydın fəsillərlə olsaydı». Ə, məgər ki,
əcəmi və ərəbi! De: «O, o kəslər üçün ki, inanırlar, hidayət və
şəfadır. Və o kəslər ki, inanmırlar, qulaqlarında onların karlıq
var və o, onlar üzərində korluqdur. Həmin onlardır ki, çağırırlar
onları uzaq məkandan».
A.Mehdiyev və D.Cəfərli:
Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Qur’an etsəydik mütləq deyərdilər: «Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!». De: «(Bu kitabın nazil olmasında hədəf dil deyil.) Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar.»
Kövsər Tağıyev:
Əgər biz onu başqa dildə bir Qur`an etsəydik, onlar, mütləq: “Onun ayələri müfəssəl açıqlanmalı deyildimi? Başqa dildə bir kitab və ərəb bir peyğəmbərmi?” –deyərdilər. De ki: “O, inananlar üçün bir hidayət və şəfadır. İnanmayanların qulaqlarında bir ağırlıq var və Qur`an onlara qapalı və anlaşılmaz gəlir. (Sanki) onlara uzaq bir yerdən səslənilir (amma anlamırlar)”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz onu yaddilli bir Quran etsəydik, onda onlar deyərdilər: “Barı onun ayələri müfəssəl aydınlaşdırılaydı! Yaddilli kitab hara, ərəb hara?" De: “O, iman gətirənlər üçün bir yolgöstəricidir, şəfadır." gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onların (gözü) də [Qurana] qarşı kordur. Onlar uzaqdan çağırılanlar (kimidirlər).
Sabirə Dünyamalıyeva:
Və əgər Biz o öyüdü/Quranı əcnəbi dildə bir oxuma [kitabı] etsəydik, əlbəttə, onlar: "Ayələr müfəssəl olaraq verilməli deyildimi? Əcnəbi dilmi, ərəbcəmi!" deyəcəkdilər. De ki: "O, iman edən kəslər üçün bir bələdçi və bir şəfadır." İman gətirməyənlərin isə qulaqlarında bir ağırlıq vardır. Və o Öyüd/Quran, onlar üçün bir korluqdur. Onları çox uzaq bir məkandan çağırmaqdadırlar.