Əraf Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!
Bünyadov-Məmmədəliyev:
Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz Rəbbinizin sizə vəd etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” deyə soruşacaq. Onlar: “Bəli!” deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” deyə səslənəcək.
Elmir Quliyev :
Обитатели Рая воззовут к обитателям Огня: "Мы уже убедились в том, что обещанное нам нашим Господом истина. Убедились ли вы в том, что обещанное вашим Господом истина?" Они скажут: "Да". Тогда глашатай возвестит среди них: "Да пребудет проклятие Аллаха над беззаконниками,
Ələddin Sultanov:
Cənnət əhli cəhənnəm əhlinə: “Biz Rəbbimizin bizə vəd etdiyinin həqiqət olduğunu gördük. Siz Rəbbinizin vəd etdiyinin həqiqət olduğunu gördünüzmü?” - deyə səslənər. Onlar da: “Bəli!” - deyərlər. Bu zaman onların arasından bir carçı belə səslənər: “Allahın lənəti zalımlara olsun!”
Kerbelayi Malik ağa:
Cənnət əhli cəhənnəm əhlinə səsləndi. ‘Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz Rəbbimizin sizə vəd etdiyini haqq olaraq gördünüzmü?’ ’Bəli’ dedilər. O zaman onların arasından bir carçı səsləndi: ‘Allahın lənəti zalımların üzərinə olsun.’
Ələsgər Musayev:
Cənnət əshabı od əshabına nida edər: «Biz Rəbbimiz verən vədi haqq tapdıq siz Rəbbiniz verən vədi haqq tapdınızmı?» Dedilər: «Bəli!» Çağırışçı onların arasında çağırar: «Allahın lənəti olsun zalimlərə -
A.Mehdiyev və D.Cəfərli:
Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru sabit gördük, siz Rəbbinizin sizə vəd etdiyi şeyi haqq sabit gördünüzmü?». (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»
Kövsər Tağıyev:
Cənnətliklər cəhənnəmliklərə: “Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz Rəbbinizin sizə vəd etdiyini haqq olaraq gördünüzmü?” deyə səslənərlər. Onlar: “Bəli”, deyərlər. O zaman aralarında bir carçı: “Allahın lənəti zalımlara (olsun)!” deyə səslənər.
M.Qənioğlu və T.Bilaloğlu:
Cənnət əhli cəhənnəm əhlini səsləyərək: "Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz Rəbbinizin sizə vəd etdiyini haqq olaraq gördünüzmü?" - deyərlər. Onlar deyərlər: "Bəli!" Onların içərisindən bir haray qopar: "Allahın lənəti olsun o zalımlara ki,
Sabirə Dünyamalıyeva:
cənnət əhli od əhlinə, "Biz, Rəbbimizin bizə vəd etdiyini doğru gördük. Bəs siz, Rəbbinizin sizə vəd etdiyini doğru gördünüzmü?" deyə səsləyəcək. Onlar: "Bəli" deyəcəklər. Aralarında bir carçı, şübhəsiz ki Allahın uzaqlaşdırmasının/rəhmətindən məhrum etməsinin,