Nəml Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Ey camaatım! üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? üçün Allahdan bağışlanmağınızı diləmir­­siniz? Ola bilsin ki, sizə rəhm oluna”.
Bünyadov-Məmmədəliyev:
(Saleh) dedi: “Ey qövmüm! Siz üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? (Tövbədən qabaq əzabı, mərhəmətdən öncə zülmü istəyirsiniz?) üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”
Elmir Quliyev :
Он сказал: мой народ! Почему вы торопите зло прежде добра? Почему вы не просите у Аллаха прощения? Быть может, вы будете помилованы".
Ələddin Sultanov:
Saleh: “Ey qövmüm! üçün yaxşılıqdan əvvəl pisliyə tələsirsiniz? Allahdan bağışlanmağınızı diləməli deyilsinizmi? Ola bilsin ki, sizə mərhəmət edilər”, - dedi.
Kerbelayi Malik ağa:
(Saleh ə.s) dedi ki: ‘Ey qövmüm! üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Allahdan məğfirət diləsəniz olmazmı? Beləcə rəhmət olunasınız deyə.’
Ələsgər Musayev:
Dedi: «Ay qoumum! üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Məgər Allahdan bağışlanmaq istəməyəcəksiniz, ola ki, sizə rəhm oluna?»
A.Mehdiyev və D.Cəfərli:
(Saleh) dedi: «Ey mənim tayfam, üçün yaxşılıqdan öncə pisliyə əzaba tələsirsiniz (tövbəni imanı təxirə salırsınız)?! üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»
Kövsər Tağıyev:
Salih onlara: “Ey qövmüm! Niyə yaxşılıqdan əvvəl pisliyin tez gəlməsini istəyirsiniz? Bəlkə rəhm olunarsınız deyə Allahdan bağışlanma diləsəniz olmazmı?”
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey camaatım! üçün siz xeyirdən əvvəl pisə tələsirsiniz? Nədən Allahdan bağışlanmanızı istəmirsiniz ki, bəlkə sizə rəhm oluna?!"
Sabirə Dünyamalıyeva:
Saleh dedi ki: "Ey qövmüm! Yaxşılıqdan qabaq niyə pisliyi tezləşdirmək istəyirsiniz? Sizə mərhəmət edilməsi üçün Allahdan əfv diləsəniz olar?"