Nisa Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yəhudilərdən bəziləri kəl-mələrin yerini dəyişdirir, dillərini əyərək dinə tənə vuraraq: “Eşitdik asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”– deyirlər. Əgər onlar: “Eşitdik itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
Bünyadov-Məmmədəliyev:
Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) raina”, - deyirlər. Əgər onlar: “Eşitdik itaət etdik; eşit bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.
Elmir Quliyev :
Среди иудеев есть такие, которые переставляют слова с их мест и говорят: "Мы слышали и ослушаемся", "Послушай то, что нельзя слушать" и "Заботься о нас", кривя языками и понося религию. А если бы они сказали: "Мы слышали и повинуемся" и "Выслушай" и "Присматривай за нами", то это было бы лучше для них и вернее. Однако Аллах проклял их за неверие, и они не веруют, за исключением немногих.
Ələddin Sultanov:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik itaət etdik. Dinlə bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər, Allahın onlara göndərdiyi Tövratı təhrif edərək, ondakı söz cümlələri dəyişdirmişdilər. Eyni zamanda son peyğəmbərlə bağlı hissəni təhrif edib pozmuşdular. “Raina” sözü “bizə qayğı göstər” deməkdir. Ancaq bu sözdəki “i” səsini uzadaraq oxuduqda “bizim çobanımız” mənasına gəlir. Yəhudilər guya peyğəmbəri təhqir etmək üçün bu cür kəlmə oyunları edirdilər. Yuxarıdakı ayədə buna işarə edilmişdir.)
Kerbelayi Malik ağa:
Yəhudilərdən (Tövratdakı) kəlmələrin yerlərini dəyişdirib təhrif edənlər (mənalarını pozanlar) dillərini əyib bükərək dini tənqid edərək: ‘Eşitdik üsyan etdik. Eşit, eşitməz olasan ‘raina’ (raina-ərəbcə bizə bax, nəzər yetir, yəhudi dilində axmaq)’ deyirlər. Əgər onlar ‘Eşitdik itaət etdik, eşit bizə bax.’ desəydilər, əlbəttə özləri üçün daha xeyirli daha yaxşı olardı. Küfrləri səbəbiylə onları lənətlədi. Artıq onların çox azı istisna olmaqla, iman etməzlər.
Ələsgər Musayev:
Var o kəslərdən ki, hidayət olunublar, təhrif edirlər kəlmələrin mövzusunu deyirlər: «Eşitdik asi olduq. Eşit eşidilməyəni bizə riayət et!» - dillərini əyirək tənə vururlar dinə. əgər ki, onlar desəydilər: «Eşitdik itaət etdik. eşit nəzərə al bizi!», - onda bu olardı xeyirli onlar üçün düz addım. Lakin lənət etdi onlara Allah küfrləri ilə inan gətirməzlər, ancaq azı.
A.Mehdiyev və D.Cəfərli:
Yəhudilərdən bəziləri (Tövratın) kəlmələrin(in) yerini (dəyişib) təhrif edir dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik (batində deyirlər) itaətsizlik etdik eşit ki, eşitməyəsən». (Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdən məqsədləri budur ki, kar olasan yaxud yaxşı söz eşitməyəsən.) Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız» deməkdir)! Əgər onlar «eşitdik itaət etdik eşit bizə nəzər sal» desəydilər, şübhəsiz (bu) onlar üçün daha yaxşı düzgün olardı. Lakin Allah onları küfrləri vasitəsilə lənətləmiş (rəhmətindən) uzaqlaşdırmışdır. Buna görə onların yalnız az bir hissəsi iman gətirər (və ya onlar həqiqətlərin yalnız az bir qisminə iman gətirərlər).
Kövsər Tağıyev:
Yəhudilərdən elələri var ki, sözləri yerlərindən mənalarından uzaqlaşdırır (təhrifə uğradır)lar. Dillərini əyib bükərək dinə tənə edərək: “Eşitdik, qarşı çıxdıq”, “Eşit, kar olası!” “Raina” deyərlər. Halbuki onlar: “Eşitdik itaət etdik; eşit bizə bax”, desəydilər, bu, onlar üçün daha xeyirli daha doğru olardı. Lakin Allah küfrləri üzündən onları lənətləmişdir. Buna görə çox az iman edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yəhudilərdən bəziləri kəlmələrin yerlərini dəyişib, dillərini əyərək dinə tənə vuraraq: "Eşitdik qəbul etmədik, eşidiləsi olmayanı eşit ra'ina" (ərəbcə "gözün üstümüzdə olsun!", yəhudilərdə isə nalayiq ifadə mənasındadır)" -deyirlər. Əgər onlar: "Eşitdik itaət etdik! Eşit bizə nəzər sal!" - desəydilər, onda bu, onlar üçün daha xeyirli doğru olardı. Lakin kafirlikləri üzündən Allah onları lənətlədi. Onların ancaq az bir hissəsi iman gətirər.
Sabirə Dünyamalıyeva:
Yəhudiləşənlərdən bir qismi sözlərin yerlərini/əsl mənalarını dəyişdirirlər, dillərini əyərək dinə hücum edərək Peyğəmbərə qarşı, "Eşitdik asi olduq/möhkəmcə yapışdıq", "Eşit, eşitməz olasan", "raina" [bir-birimizi güdək, bizim çobanımız] deyirlər. Əgər onlar: "Eşitdik itaət etdik; eşit bizə nəzər sal!" desəydilər, əlbəttə, onlar üçün daha xeyirli daha möhkəm/doğru olardı; lakin bilə-bilə gerçəyi qəbul etməmələri səbəbiylə Allah onları uzaqlaşdırıb gözdən salmışdır. Artıq çox az inanırlar.