Əlixan Musayev:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.
Elmir Quliyev
:
О люди! Если вы сомневаетесь в воскрешении, то ведь Мы сотворили вас из земли, потом — из капли, потом — из сгустка крови, потом — из разжеванного кусочка, сформировавшегося или не сформировавшегося. Так Мы разъясняем вам истину. Мы помещаем в утробах то, что желаем, до назначенного срока. Потом Мы выводим вас младенцами, чтобы вы могли достигнуть зрелого возраста. Одни из вас умирают, другие же возвращаются в жалкую старость и забывают все, что знали. Ты видишь безжизненную землю. Но стоит Нам ниспослать на нее воду, как она приходит в движение, набухает и порождает всякие прекрасные растения.
Ələddin Sultanov:
Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
Kerbelayi Malik ağa:
Ey insanlar! Əgər təkrar dirildilməkdən şübhə içindəsinizsə... Halbuki şübhəsiz ki, Biz sizi sizə bəyan edək (açıqlayaq) deyə əvvəl torpaqdan sonra bir nütfədən, sonra bir alaqdan sonra şəkilləndirilmiş və şəkilləndirilməmiş (çiynənmiş ət görünüşündəki) mudğadan yaratdıq. Sizi dilədiyimiz müddətə qədər bətnlərdə saxlayarıq. Sonra sizi körpə olaraq çıxardarıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən bir qisminiz vəfat etdirilər və sizdən bir qisimniz sonradan elmdən bir şey bilməz hala gəlsin (bildiklərini unutsun) deyə ömrünün rəzil (qocalıq) çağına çatdırılar. Yer üzünü qurumuş görərsən. Lakin ona su endirdiyimiz zaman hərəkətlənər, qabarar və bütün gözəl bitkilərdən hər növ yetişdirər.
Ələsgər Musayev:
Ay insanlar! Əgər siz şübhədəsiz
qaldırılmaqdan və həqiqətən, Biz xəlq etdik sizi torpaqdan,
sonra nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən
kamil xilqət və qeyri kamil xilqət etdik ki, sizin üçün bəyan
edək. Saxlarıq bətndə istədiyimizi müəyyən olunmuş müddətə
kimi. Sonra xaric edərik sizi tifil surətində, sonra həddi buluğa,
rəşd halına yetişərsiniz. Sizdən var kim ki, bu arada vəfat edər
və sizdən var kim ki, ömrün elə rəzil günlərinə yetişər ki,
bildiyi şeyləri yadan çıxardar. Görərsən ərzi qurumuş halda.
Onda ki, üzərinə onun su nazil edərik, hərəkətə gəlib açılışar və
nəbatatın küllisindən gözəl zövclər yetirər.
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir.
Kövsər Tağıyev:
Ey insanlar! Əgər siz ölümdən sonrakı diriliş barəsində bir şübhə içindəsinizsə, (düşünün ki,) əslində biz sizi torpaqdan, sonra azacıq sudan (mənidən), sonra bir ələqədən, sonra da tam şəklə salınmamış bir mudğadan yaratdıq ki, sizə (qüdrətimizi) açıq-aydın bəyan edək. İstədiyimizi müəyyən bir müddətə qədər rəhimlərdə saxlayırıq. Sonra sizi bir uşaq olaraq çıxarır, sonra isə (ağıl və qüvvət baxımından) tam yetkinliyə çatmağınız üçün (sizi kamala yetiririk). Aranızdan ölənlər olur. Yenə aranızdan bir qismi də ömrün ən aciz çağına çatdırılır ki, bildiyini bilməz olsun. Yer üzünü də ölü, qupquru görərsən. Biz onun üzərinə yağmur endirdiyimiz zaman hərəkətə gələr, qabarar və növbənöv ürəkaçan cüt-cüt bitkilər bitirər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar! Əgər sizin dirilmə barəsində şəkk-şübhəniz varsa (yadınıza salın ki,) axı Biz sizi torpaqdan, sonra bir nütfədən, sonra döllənmiş toxumdan, sonra isə bir şəklə salınmış və salınmamış ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. İstədiyimizi bətnlərdə müəyyən bir müddətə qədər saxlayır, sonra isə körpə uşaq şəklində sizi çıxarırıq ki, bundan sonra siz hədd-buluğa çatasınız. Sizlərdən eləsi var ki, vəfat edir, eləsi də var ki, ömrün ən rəzil çağına [sanki uşaqlıq çağına] qaytarılır ki, daha onda bildiklərindən sonra heç bir şey bilməsin. Sən torpağı cansız görürsən. Biz ona su endirdikdə o, cana gəlir, qabarır və hər cür gözəl cütlər [cürbəcür bitkilər] bitirir.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Əgər öldükdən sonra diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, nə olduğunuzu sizə aydınlaşdırmaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriondan, sonra şəkli az-çox müəyyən olunan bir ət parçasından əmələ gətirdik. Və Biz, istədiyimizi müəyyən bir müddətə qədər bətnlərdə saxlayarıq. Sonra sizi bir uşaq olaraq, daha sonra yetkinlik çağına yetişməyiniz üçün çıxardarıq. Bununla birlikdə, bəzilərinizə keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xatırladılar/bəziləriniz ölər. Bəziləriniz də, əvvəlki elmindən sonra heç bir şey bilməyəcək şəkildə ömrünün ən rəzil çağına çatdırılar. Bir də yer üzünü görərsən ki, sönmüştür; sonra Biz, onun üstünə su endirdikdə o, hərəkətə gəlib qabarar və hər gözəl cütdən bitkilər bitirər.