Maidə Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək aşna saxlamamaq şərti ilə mehr-lərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar o, Axirətdə ziyana uğrayanlardan olar.
Bünyadov-Məmmədəliyev:
Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin xaçpərəstlərin) azad ismətli (özlərini zinadan nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar o, axirətdə zərər çəkənlərdən olar!
Elmir Quliyev :
Сегодня вам дозволена благая пища. Еда людей Писания также дозволена вам, а ваша еда дозволена им, а также вам дозволены целомудренные женщины из числа уверовавших и целомудренные женщины из числа тех, кому Писание было даровано до вас, если вы выплатите им вознаграждение (брачный дар), желая сберечь целомудрие, не распутствуя и не беря их себе в подруги. Тщетны деяния того, кто отрекся от веры, а в Последней жизни он окажется среди потерпевших урон.
Ələddin Sultanov:
Bu gün təmiz yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz onlara halaldır. Azad iffətli mömin qadınlar sizdən əvvəl kitab verilmişlərdən azad iffətli qadınlar namuslu olub zina etməmək aşna saxlamamaq şərtilə, mehrlərini verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir o, axirətdə zərər çəkənlərdən olacaqdır.
Kerbelayi Malik ağa:
Bu gün sizə yaxşı təmiz şeylər halal qılındı. Kitab verilənlərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. Möminlərdən iffətli hür qadınlar sizdən əvvəl özlərinə kitab verilənlərdən iffətli qadınlar zina etmədən, gizli dost tutmadan namuslu bir şəkildə mehirlərini verdiyiniz təqdirdə sizlərə halaldır. Kim imanı inkar etsə, artıq onun əməli puç olmuşdur. O axirətdə hüsrana uğrayanlardandır.
Ələsgər Musayev:
Bu gün halal oldu sizin üçün pak şeylər. Halaldır əhli kitabın təamı sizin üçün sizin təamınız onlar üçün. namuslu imanlı qadınların sizdən qabaq kitab əta olunmuşlardan ismətli qadınların nigahı sizə halaldır, onda ki, onların ücrətlərini verəsiniz yaxşılıqla, zina etməyərək özünüzə rəfiqə tutmayaraq. Kim küfr edərsə imanı ilə, fəqət onun yaxşı əməli puç olub o, axirətdə xəsarətdə olanlardandir!»
A.Mehdiyev və D.Cəfərli:
Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad ismətli qadınlar(la), eləcə sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub o, axirətdə ziyana uğrayanlardan olacaqdır.
Kövsər Tağıyev:
Bu gün sizə təmiz gözəl şeylər halal buyuruldu. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz onlara halaldır. İffətli mömin qadınlarla sizdən əvvəlki Kitab əhlindən olan iffətli qadınlarla mehirlərini verməyiniz şərtilə evlənmək, zina etmədiyiniz aşna saxlamadığınız təqdirdə sizə halaldır. Kim imanı inkar edərsə, bütün əməlləri boşa çıxar. Axirətdə o, ziyana uğrayanlardandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu gün sizə pak nemətlər halal edildi. Kitab bəxş olunanların yeməkləri sizə halaldır sizin yeməkləriniz onlara halaldır. Namuslu olub zina etməmək, məşuqə saxlamamaq şərtilə ismətli mömin qadınlar sizdən əvvəl Kitab bəxş olunmuş ismətli azad qadınlar mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. Kim imanı danarsa, əməli zay olar o, axirətdə zərərə düşənlərdən olar.
Sabirə Dünyamalıyeva:
Bu gün sizə yaxşı təmiz şeylər halal edildi. Kitab əhlinin yeməkləri sizə halal, sizin yeməkləriniz onlara halaldır. Möminlərdən azad qadınları sizdən əvvəl Kitab verilənlərdən azad qadınları, mehrlərini[#401] verdiyiniz halda, kəbin kəsərək himayə altına almaq -zina etməmək gizli aşna saxlamamaq şərti ilə-sizə halal edildi. Kim imanı inkar edərək küfr işləsə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etsə] həqiqətən onun əməli boşa çıxar o, axirətdə ziyana/zərərə uğrayıb acı çəkən kəslərdən olar.