Əlixan Musayev:
Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən –
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan).
Elmir Quliyev
:
Таким же образом Мы внушили тебе в откровении дух (Коран) из Нашего повеления. Ты не знал, что такое Писание и что такое вера. Но Мы сделали его светом, посредством которого Мы ведем прямым путем того из Наших рабов, кого пожелаем. Воистину, ты указываешь на прямой путь —
Ələddin Sultanov:
Biz sənə əmrimizdən olan bir ruhu (Quranı) vəhy etdik. Sən kitabın və imanın nə olduğunu bilmirdin. Lakin Biz onu bəndələrimizdən istədiyimizi haqq yola yönəldən bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən.
Kerbelayi Malik ağa:
Beləcə sənə əmrimizdən bir ruh (Qurani Kərim) vəhy etdik. Sən kitab nədir və iman nədir bilmirdin. Lakin Onu ‘nur’ etdik. Qullarımızdan dilədiyimizi Onunla hidayətə ərdiririk. Şübhəsiz ki, sən mütləq Sirati Müstəqimə hidayət edirsən.
Ələsgər Musayev:
Belə vəhy edirik sənə ruhən əmrimizdən. Sən bilmirdin
nədir kitab və nədir iman. Lakin etdik Biz onu nur olaraq.
Hidayət edirik onunla kimi istəsək bəndələrimizdən və
həqiqətən, sən hidayət edirsən tərəfinə yolun düzünün
A.Mehdiyev və D.Cəfərli:
Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur’an və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Qur’anı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən.
Kövsər Tağıyev:
Beləliklə sənə də əmrimizlə bir ruh (qəlbləri dirildən bir kitab) vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin biz onu qullarımızdan istədiyimizi onunla doğru yola yönəldəcəyimiz bir nur etdik. Şübhəsiz, sən doğru bir yola yönəldirsən,
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənə Öz əmrimizlə ruhu [Quranı] belə vəhy etdik. Sən əvvəllər Kitab nədir bilməzdin. Lakin Biz onu elə bir işıq etdik ki, bəndələrimizdən istədiklərimizə onunla yol göstərək və sən həqiqətən düz bir yolu göstərməkdəsən -
Sabirə Dünyamalıyeva:
Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan dilədiyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də dosdoğru bir yola