Əlixan Musayev:
Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan )(qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.
Bünyadov-Məmmədəliyev:
Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz).
Elmir Quliyev
:
Если бы несправедливый человек владел всеми богатствами земными, то он отдал бы их в качестве выкупа. Они скроют раскаяние, когда увидят мучения. Между ними рассудят беспристрастно, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
(Şirk qoşaraq özünə) zülm edən hər bir kəs yer üzündəki hər şeyə sahib olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq hamısını fəda edərdi. Onlar əzabı gördükləri zaman dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm olunar və onlara haqsızlıq edilməz.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, zülm edən hər nəfs yer üzündə nə varsa onun olsa, əzabı gördüyü zaman peşmanlığını gizlədər və mütləq onu (onların hamısını) fəda edərdi. Onların arasında ədalətlə hökm verilmişdir. Onlara zülm edilməz.
Ələsgər Musayev:
Əgər nə ki, ərzdə var, zalim nəfs üçün olarsa, bütün
varlığını fəda edər, ta özünü əzabdan qurtara. Amma elə ki,
əzabı gördülər, həsrət və peşmanlıqlarını gizlədərlər və onların
aralarında insafla hökm olunar və onlara zülm olunmaz.
A.Mehdiyev və D.Cəfərli:
Və əgər zülm etmiş hər bir şəxs (Qiyamət günü) yer üzündə olan şeylərin hamısına sahib olsa onu mütləq özünə fəda edər (ki, əzabdan nicat tapsın). Və əzabı görən zaman (xəcalətdən) öz peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm olunar və onlara zülm edilməz.
Kövsər Tağıyev:
Zülm edən hər kəs əgər yer üzündəki hər şeyə sahib olsaydı, (o gün) özünü qurtarmaq üçün onu fidyə verərdi. Əzabı gördükləri zaman için-için dərin bir peşmanlıq keçirərlər. Zülmə məruz qalmadan aralarında ədalətlə hökm verilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Zülm edən hər kəs yer üzündə olanların hamısı onun olsa onu verib canını qurtarmaq istəyəcək. Onlar əzabı gözlərilə görüncə peşmançılığı ört-basdır etməyə çalışacaqlar. Onlar arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.
Sabirə Dünyamalıyeva:
Və əgər ki, şirk qoşmaq surətiylə səhv; öz zərərlərinə olan əməli işləyən hər kəs, yer üzündə olan hər şeyə sahib olsa, onu fəda edərdi/xilas olmaq üçün verərdi. Və onlar, əzabı gördükdə peşmançılıq hiss edərdi. Və aralarında haqqaniyet həqiqətən bərqərar olacaq. Və onlar, haqsızlığa uğramayacaqlar.