Əlixan Musayev:
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir-səklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun). (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!
Elmir Quliyev
:
О те, которые уверовали! Когда вы встаете на намаз, то умойте ваши лица и ваши руки до локтей, оботрите ваши головы и умойте ваши ноги до щиколоток. А если вы находитесь в половом осквернении, то очиститесь. Если же вы больны или находитесь в путешествии, если кто-либо из вас пришел из уборной или если вы имели близость с женщинами, и вы не нашли воды, то направьтесь к чистой земле и оботрите ею ваши лица и руки. Аллах не хочет создавать для вас трудности, а хочет очистить вас и довести до конца Свою милость по отношению к вам, — быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun və başınıza məsh çəkib ayaqlarınızı topuqlarla birlikdə yuyun. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin (bütün bədəninizi yuyaraq qüsl edin). Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz. (Namaz ibadəti bir növ Allahın hüzuruna çıxmaq sayıldığı üçün bir müsəlman bu məqama, maddi və mənəvi kirlərdən təmizlənmiş bir halda çıxmalıdır. Bunun üçün də ilk növbədə qüsl və dəstəmazlı olmalıdır. Yuxarıdakı ayədə dəstəmaz, qüsl və su tapılmadığı hallarda bu ikisinin əvəzinə alınan təyəmmüm izah edilmişdir. Bu ayədə “ayaqlarınızı topuqlarla birlikdə yuyun” kimi tərcümə olunan hissədəki “ərculəkum” sözü bəzi qiraət alimlərinə görə “ərculikum” olaraq oxunmuşdur. Buna görə də bəzi alimlər bu qiraəti əsas alaraq “ərculikum” ifadəsinə “ayaqlarınıza topuqlara qədər məsh çəkin” kimi məna vermişlər. Bu səbəbdən bəzi məzhəblərə görə dəstəmaz alarkən ayaqlara su ilə məsh çəkmək kifayətdir.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Namaza qalxdığınız zaman üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və məsh edin başlarınıza və ayaqlarınıza da topuqlarınıza qədər. Əgər cünub olmusunuzsa, o təqdirdə yuyunub təmizlənin (qüsl alın). Əgər xəstə və ya səfərdəsinizsə və ya biriniz ayaq yolundan gəlmiş və ya qadınlarla yaxınlıq etmişsinizsə, əgər su tapa bilməsəniz, o zaman təmiz bir torpağa təyəmmüm edin. Ondan üzlərinizə və əllərinizə məsh edin. Allah sizi çətinliyə salmaq istəməz, sizi təmizləmək və sizin üzərinizdəki nemətini tamamlamaq istəyər. Ümid edilər ki, beləcə siz şükür edərsiniz.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, ayağa qalxırsınız
islahata tərəf, yuyun üzünüzü və əllərinizi dirsəyə qədər və
məsh edin başınıza və ayaqlarınızı topuqa qədər. Əgər cunub
oldunuz onda təmizlənin. Əgər xəstə, ya səfərdə olasınız ya
sizdən biriniz ayaq yolundan gələr, ya qadınlara toxunasınız və
su tapmasanız, pak yerlə təyəmmüm edin. Ondan üzünüzə və
əllərinizə məsh edin. İstəməz Allah sizi çətinliyə salmaq və
lakin istəyər sizi pak etmək və sizə olan nemətini tamamlamaq
üçün, ola ki, təşəkkür edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.
Kövsər Tağıyev:
Ey iman edənlər! Namaza qalxacağınız zaman üzlərinizi, dirsəklərə qədər əllərinizi və – başlarınızı məsh edib – hər iki topuğa qədər də ayaqlarınızı yuyun. Əgər cünub olsanız, yaxşıca yuyunaraq təmizlənin. Xəstə və ya səfərdə olduqda, yaxud biriniz ayaq yolundan gəldikdə və ya qadınlara toxunduqda (cinsi münasibətdə olduqda), su tapmasanız, o zaman təmiz torpağa yönəlin. Onunla üzlərinizi və əllərinizi məsh edin (təyəmmüm edin). Allah sizə hər hansı bir çətinlik yaratmaq istəməz. Lakin o, sizi tərtəmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, şükür edəsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və əl-qolunuzu dirsəyə qədər yuyun, əlinizi başınıza çəkin və topuğa qədər ayaqlarınızı yuyun. Əgər cunub olmuşsunuzsa, tam təmizlənin. Xəstə və ya yolda olsanız, sizlərdən kim isə ayaqyolundan gələrsə və ya qadınlara toxunmuş (onlarla əlaqədər olmuş) olsanız və su tapmasanız onda pak torpaqla təyəmmüm edin ondan üz və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, ancaq sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Səlat [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumları] üçün qalxdığınız/cəmiyyət içinə çıxdığınız zaman, dərhal üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Başınızı və iki topuğa qədər ayaqlarınızı əl ilə silin. Və əgər cünub halında/həddindən artıq şəhvət səbəbiylə ağılınız başınızda olmayacaq haldasınızsa üst-üstə təmizlənin [cinsi əlaqəyə girin, orgazm olun və yuyunun]. Və əgər xəstə olsanız, yaxud səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla təmasa giribsinizsə/cinsi əlaqəyə giribsinizsə, sonra da su tapmayıbsınızsa, dərhal təmiz bir torpaq axtarın. Sonra da təmiz torpaqdan əllə üzünüzü və əllərinizi silin. Allah sizi hər hansı bir çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə verilən nemətlərin əvəzini ödəməyiniz üçün sizə olan nemətini tamamlamaq istəyər.