Bəqərə Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. (Daşdan) on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. (Onlara dedik): “Allahın sizə verdiyi ruzidən yeyin-için yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”
Bünyadov-Məmmədəliyev:
Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik).
Elmir Quliyev :
Вот Муса (Моисей) попросил питья для своего народа, и Мы сказали: "Ударь своим посохом по камню". Из него забили двенадцать ключей, и все люди узнали, где им надлежит пить. Ешьте и пейте из того, чем наделил Аллах, и не творите на земле зла, распространяя нечестие!
Ələddin Sultanov:
Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik:) “Allahın verdiyi ruzidən yeyin-için yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”
Kerbelayi Malik ağa:
Musa (ə.s) qövmü üçün su istəmişdi. Bunun üzərinə ‘Əsanla daşa (qayaya) vur.’ dedik. Beləcə ondan (qayadan) on iki bulaq fışqırdı. İnsanların hamısı öz içəcəyi yeri (bulağı) tanıdı. Allahın ruzisindən yeyin-için əsla azıb yer üzündə fəsad çıxaranlar olmayın.
Ələsgər Musayev:
Onda ki, su istədi Musa qoumu üçün dedik Biz: «Zərbə et əsanla daşa!» cari oldu ondan on iki bulaqBildi külli insanlar içmələriniYeyin için ruzisindən Allahın səy etməyin ərzdə fəsad etməyə.
A.Mehdiyev və D.Cəfərli:
(yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on iki qəbilə üçün) on iki çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin.»
Kövsər Tağıyev:
Xatırlayın ki, Musa qövmü üçün su istəmişdi. Biz də: “Əsanı qayaya vur!” demişdik, beləliklə, qayadan on iki çeşmə fışqırmış, hər boy öz su götürəcəyi çeşməni tanımışdı. “Allahın verdiyi ruzidən yeyin, için. Ancaq yer üzündə fitnə-fəsad çıxartmayın!” demişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Musa öz camaatı üçün su istəyəndə Biz: "Əsanla bu daşa vur !" dedik. Beləliklə on iki çeşmə qaynayıb çıxdı, hər dəstə adam isə öz su götürəcəyi yeri tanıdı. (Biz dedik) "Allahın ruzisindən yeyib-için, yer üzündə fitnə-fəsad yaymaqla şər əməllər törətməyin !"
Sabirə Dünyamalıyeva:
bir zamanlar Musa, öz qövmü üçün su istədikdə, Biz, "Təcrübəni daş ürəkli qövmünə tətbiq et!" dedik. Belə olduqda, o daş ürəkli qövmdən bir çox istiqamətə on iki tayfa - məmləkət əhalisi ayrılıb əmələ gəldi. Ayrılan hər məmləkətin əhalisi özünün su götürəcəyi yeri qətü surətdə öyrəndi/işarələdi. -Allahın verdiyi ruzidən yeyin-için fitnə-fəsad törədərək yer üzündə azğınlıq etməyin.-