Bəqərə Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani sabiilərdən Allaha Axirət gününə iman gətirənlərin yaxşı görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur onlar kədərlənməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların bir qorxusu olar, onlar bir qəm-qüssə görərlər.
Elmir Quliyev :
Воистину, верующим, а также иудеям, христианам и сабиям, которые уверовали в Аллаха и в Последний день и поступали праведно, уготована награда у их Господа. Они не познают страха и не будут опечалены.
Ələddin Sultanov:
Şübhəsiz ki, (əvvəlki peyğəmbərlərə) iman gətirənlər, yəhudilər, xristianlar sabiilərdən hər kim Allaha axirət gününə iman gətirib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur onlar qəm-qüssə görməyəcəklər. (Yuxarıdakı ayədə qeyd edilən “sabiilər”in kimlər olduğu barəsində İslam alimləri müxtəlif fikirlər səsləndirmişlər. Bir görüşə görə, onlar tövhid əqidəsini mənimsəmiş kimsələr idilər. Digər bir görüşə görə isə, onlar ulduzlara, günəşə, yaxud mələklərə sitayiş edən bir qövm idi. Başqa bir görüşə görə də, sabiilik xristianlığın bir məzhəbi idi.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar, yəhudilər, xristianlar sabii olanlardan hər kim Allaha yəvm'il axıra inanar islahedici əməllər işləyərsə (nəfsini islah edərsə), onların mükafatları Rəblərinin dərgahındadır. Onlara qorxu yoxdur onlar qəmgin olmayacaqlar.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, iman gətirdilər o kəslər ki, hidayət olundular yardım olundular sabiidirlər kim inandı Allah ilə günü ilə axırın əməlini saleh etdi, onlar üçün əcrləri var Rəblərinin yanında yoxdur xof üzərində onların onlar hüznlü olmayacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər sabiilər (Nuhun ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha axirət gününə iman gətirsə yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) bir qorxu var, qəmgin olarlar.
Kövsər Tağıyev:
Şübhəsiz, iman edənlər (müsəlmanlar), yəhudilər, xristianlar sabiilərdən3 (hər bir qrupun öz şəriətində) “Allaha axirət gününə inanan saleh işlər görənlər üçün Rəbləri qatında mükafat var; onlar üçün qorxu olmayacaq, onlar məhzun olmayacaqlar”, (deyə hökm verilmişdir).
M.Qənioğlu və T.Bilaloğlu:
Doğurdan da iman gətirənlərin, yəhudi, xaçpərəst sabilərdən Allaha axirət gününə iman gətirib əməlisaleh olanların öz Rəbbi yanında mükafatları vardır. Onlara bir qorxu, qəm-qüssə üz verər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, iman etmiş kəslər, yəhudiləşmiş şəxslər, xaçpərəstlər sabiilər/Yəhya peyğəmbərin dinindən olanlar; [bunlardan] hər kim Allaha axirət gününə iman etsə saleh əməl işləsə, Rəbbi yanında onlar üçün mükafatlar var. Onlara qorxu yoxdur. Onlar qəm-qüssə görməyəcəklər.