Əlixan Musayev:
O dedi: “Ey oğullarım! (Şəhərə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.
Bünyadov-Məmmədəliyev:
(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”
Elmir Quliyev
:
Он сказал: "Сыновья мои! Не входите через одни ворота, а войдите через разные. Я ничем не смогу помочь вам вопреки воле Аллаха. Решение принимает только Аллах. На Него одного я уповаю, и пусть только на Него уповают уповающие".
Ələddin Sultanov:
(Sonra Yaqub) dedi: “Ey oğullarım! (Şəhərə) eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!”
Kerbelayi Malik ağa:
Belə dedi: ‘Ey oğullarım! Bir tək qapıdan girməyin. Ayrı-ayrı qapılardan daxil olun. Allahdan gələn bir şeyi sizdən dəf edə bilmərəm. Hökm ancaq Allaha aiddir. Mən Ona təvəkkül etdim. Artıq təvəkkül edənlər də Ona təvəkkül etsinlər.’
Ələsgər Musayev:
Dedi: «Ay oğlanlarım! Bir
qapıdan daxil olmayın, fərqli qapılardan daxil olun. Mən sizi
bir şeylə Allahdan ehtiyacsız edə bilmərəm. Həqiqətən hökm
ancaq Allaha məxsusdur. Ona təvəkkül edirəm mən və qoy
təvəkkül edənlər Ona təvəkkül etsinlər!»
A.Mehdiyev və D.Cəfərli:
Və (onları yola salarkən) dedi: «Ey mənim oğullarım, hamınız bir qapıdan (şəhər darvazalarından və ya Əzizin sarayının qapılarından) daxil olmayın. Müxtəlif qapılardan daxil olun (ki, həsəd edənlərin həsədinə, ya bədnəzərlilərin xətərinə, yaxud saray adamlarının bədgümanlığına düçar olmayasınız). Mən heç vaxt Allah tərəfindən olan bir şeyi sizdən dəf edə bilmərəm. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər».
Kövsər Tağıyev:
Sonra da: “Ey oğullarım! Bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Ancaq Allahdan gələcək heç bir şeyi sizdən uzaq tuta bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etdim. Təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey oğullarım! (Nəzərləri cəlb etməyəsiniz deyə) bir qapıdan yox, ayrı-ayrı qapılardan (şəhərə) daxil olun! Mən sizi heç cür Allahdan xilas edə bilmərəm. Həqiqətən hökm ancaq Allaha məxsusdur; mən Ona təvəkkül etdim, qoy təvəkkül edənlər ancaq Ona bel bağlasınlar".
Sabirə Dünyamalıyeva:
Və dedi ki: "Ey balalarım! Bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Mən, Allahdan [gələn] heç bir şeyi sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən, sadəcə nəticəni Ona tapşırdım. Artıq təvəkkül edənlər də ancaq Ona təvəkkül etməlidirlər."