Hucurat Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.
Bünyadov-Məmmədəliyev:
(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!
Elmir Quliyev :
Знайте, что среди вас находится Посланник Аллаха. Если бы он подчинялся вам во многих делах, то вы непременно попали бы в затруднительное положение. Но Аллах привил вам любовь к вере, и представил ее прекрасной вашим сердцам, и сделал ненавистными вам неверие, нечестие и неповиновение. Таковы идущие правым путем
Ələddin Sultanov:
Bilin ki, sizin aranızda Allahın elçisi vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, həqiqətən, siz çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirib onu qəlblərinizə gözəl göstərdi. Küfrü, günahı asiliyi isə sizə çirkin göstərdi. Əsil doğru yolda olanlar onlardır.
Kerbelayi Malik ağa:
Aranızda Allahın Rəsulu olduğunu bilin. Əgər işlərin çoxunda sizə itaət etsəydi, mütləq sıxıntıya düşərdiniz. Lakin Allah sizə imanı sevdirdi onu qəlblərinizə gözəl göstərdi. Küfrü, fisqi üsyanı sizə çirkin göstərdi. Məhz onlar irşad olanlardır.
Ələsgər Musayev:
Bilin ki, içərinizdə Allahın rəsulu var. Əgər çoxlu işlərdə sizə itaət etsə, siz özünüz əziyyət çəkərdiniz. Lakin Allah imanı sevdirdi sizə zinətləndirdi onu qəlblərinizdə ikrah yaratdı sizin üçün küfrə fasiqliyə üsyana qarşı. Həmin onlardır raşidlər
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə gərək siz onun əmrinə qulaq asaraq tabe olasınız.) Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi küfr, itaətsizlik günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir.
Kövsər Tağıyev:
Bilin ki, aranızda Allahın elçisi var. Əgər o, bir çox işdə sizə uysaydı, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş onu qəlblərinizə gözəl göstərmiş, inkarı, fasiqliyi (İslamın əmrlərinə) qarşı çıxmağı da çirkin göstərmişdir. Bunlar məhz doğru yolda olanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
bilin ki, Allahın peyğəmbəri aranızdadır. Əgər bir çox işlərdə o, sizə qulaq asmış olsaydı, siz çətin vəziyyətə düşmüş olardınız. Lakin Allah sizə imanı sevdirmiş, onunla ürəklərinizi bəzəmiş, sizdə küfrə, pozğunluğa itaətdən çıxmağa nifrət yaratmışdır. Bunlar haqda sabit olanlardır
Sabirə Dünyamalıyeva:
şübhəsiz, bilin ki, aranızda Allahın Elçisi var. Əgər o, bir çox işdə sizə uysaydı, siz həqiqətən çətinliyə düşərdiniz. Lakin Allah, Öz tərəfindən bir lütf nemət olaraq, sizə imanı sevdirdi onu qəlblərinizə zinət etdi. Küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyi], haqq yoldan çıxmağı üsyanı da sizə çirkin göstərdi.