Əlixan Musayev:
(Allah) onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
Bünyadov-Məmmədəliyev:
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
Elmir Quliyev
:
Он заставил его бушевать над ними в течение семи ночей и восьми дней без перерыва, и ты мог бы увидеть людей, которые были повержены, словно рухнувшие сгнившие пальмовые стволы.
Ələddin Sultanov:
Allah onu yeddi gecə, səkkiz gün arxa-arxaya onlara ürcah etdi. (Əgər orada olsaydın,) onları orada içi bomboş xurma kötükləri kimi sərilmiş görərdin.
Kerbelayi Malik ağa:
Allah fırtınanı ard-arda 7 gecə, 8 gün onların üzərində əsdirdi. Bundan sonra o qövmü orada içi boş xurma ağacının kötükləri kimi yerlərə sərilmiş görərsən.
Ələsgər Musayev:
Öhtəsində qoyaraq onu yeddi gecə və səkkiz gün ardıcıl onlar
üzərində hakim etdi. Sən görərdin qoumu orada içi boş xurma
ağacları kimi tökülüb həlak olurlar.
A.Mehdiyev və D.Cəfərli:
(Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.
Kövsər Tağıyev:
Allah onu fasiləsiz olaraq yeddi gecə səkkiz gün onların üzərinə saldı. Belə ki, (əgər orada olsaydın,) o qövmü içi boş xurma kötükləri kimi orada yerə sərilmiş halda görərdin.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah) onu onlar üzərində dalbadal yeddi gecə və səkkiz gündüz hakim etdi. Belə ki, (orada olsaydın) onları orada xurma ağacının qoparılmış gövdələri kimi yerə sərilmiş görərdin.
Sabirə Dünyamalıyeva:
Allah, o fırtınanı onların üstünə yeddi gecə və səkkiz gün; gecəli gündüzlü, dalbadal əsdirdi. Belə ki, o qövmü, fırtınanın içində, sanki içi boş xurma kötükləri kimi yerə sərilmiş halda görərsən.