Möminun Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.
Bünyadov-Məmmədəliyev:
Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Quranı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər.
Elmir Quliyev :
А если бы истина зависела от их желаний, то сгинули бы небеса, земля и те, кто на них. Мы даровали им их Напоминание (Коран), однако они отвернулись от своего Напоминания.
Ələddin Sultanov:
Əgər haqq onların arzu istəklərinə uysaydı, göylər, yer onların içindəkilər mütləq fəsada məruz qalardı. Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər.
Kerbelayi Malik ağa:
Haqq onların həvalarına tabe olsaydı səmalar, yer üzü onların içində olanlar mütləq fəsada uğrayardı. Xeyr, onlara zikrlərini gətirdik. Lakin onlar zikrlərindən üz çevirənlərdir.
Ələsgər Musayev:
Əgər haqq onların istəklərinə tabe ola, onda fəsad olar səmalar ərz hər kim ki, onlarda var. Bəli, əta etdik onlara ya etmələrini onlar isə öz yad etmələrindən üz çevirirlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər haqq gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz ya tanrıların çoxluğu aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.
Kövsər Tağıyev:
Əgər haqq onların arzularına uysaydı, göylər, yer onlarda olanlar, əlbəttə, korlanıb gedərdi. Xeyr, biz onlara şərəflərini (Qur`anı) gətirdik. Onlar isə bu şərəflərindən üz çevirirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər haqq onların istəklərinə tabe olsaydı, onda göylər, yer bunlarda olanların hamısı fəsada uğrayardı. Bəli, Biz onlara Zikr [Quranı] göndərdik, onlar isə özlərinin bu Zikrindən üz döndərdilər.
Sabirə Dünyamalıyeva:
əgər haqq, onların ehtiraslarına tabe olsaydı; həqiqətən göylər, yer üzü onlarda olan kəslər pozulub gedərdi. Əslində, Biz onların şanını/öyüdlərini gətirdik; sonra da onlar, öz şanlarından/öyüdlərindən üz döndərdilər.