Əlixan Musayev:
(Qarun) dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).
Bünyadov-Məmmədəliyev:
(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).
Elmir Quliyev
:
Он сказал: "Все это даровано мне благодаря знанию, которым я обладаю". Неужели он не знал, что до него Аллах погубил целые поколения, которые превосходили его мощью и накоплениями? Грешники не будут спрошены об их грехах.
Ələddin Sultanov:
Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz. (Allah onların günahlarını bildiyi üçün onları haqq-hesaba çəkmədən cəhənnəmə atacaqdır.)
Kerbelayi Malik ağa:
(Qarun): ‘O (sərvət) ancaq məndəki elm səbəbiylə mənə verildi.’ dedi. Ondan əvvəl ‘Allahın ondan daha qüvvətli (güclü) olan və ondan daha çox şey toplayan nəsilləri (zənginləri) həlak etdiyini’ bilmirmi? Günahkarlar günahları barəsində sorğu-sual olunmaz.
Ələsgər Musayev:
Dedi: «O m?n? ?ta olunub ancaq m?nd? olan elm? gor?». ?, o bilmirdimi, Allah h?lak etdi ondan qabaq olan k?sl?ri ki, sidd?tli idil?r ondan quvv?td? v? ?ks?r c?miyy?td?? Sual olunmayacaq c?rim? olunmuslar oz gunahlar?ndan.
A.Mehdiyev və D.Cəfərli:
(Qarun) dedi: «Həqiqət budur ki, bu mal – dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir». Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır).
Kövsər Tağıyev:
Qarun: “Bunlar mənə biliyim və bacarığım sayəsində verilmişdir”, – dedi. O, Allahın ondan əvvəlki nəsillərdən, ondan daha güclü və daha çox mal yığmış kimsələri həlak etdiyini bilmirdimi? Günahkarlar günahları barəsində sorğu-sual olunmaz (Çünki Allah hamısını bilir).
M.Qənioğlu və T.Bilaloğlu:
Qarun dedi: "Mənə verilən ancaq öz biliyimə görədir." Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillər içərisindən ondan da qüvvətlisini və daha çox mal-dövlət yığanı məhv etmişdir? Günahkarlardan günahları barəsində heç soruşulmayacaqdır [sorğusuz cəhənnəmə atılacaqlar].
Sabirə Dünyamalıyeva:
Qarun, "Bu sərvət, mənə ancaq məndə olan elm sayəsində verildi" dedi. Bilmirdimi ki, Allah, ondan əvvəlki nəsillərdən, ondan daha güclü, ondan daha çox tərəfdarı, təcrübəsi olan kəsləri həqiqətən dəyişikliyə/məhvə məruz qoymuşdu. -Və bu günahkarlar, digərlərinin günahlarının məsuliyyətini daşımırlar.-