Nisa Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.
Elmir Quliyev :
Кто повинуется Посланнику, тот повинуется Аллаху. А если кто отворачивается, то ведь Мы не отправили тебя их хранителем.
Ələddin Sultanov:
Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik.
Kerbelayi Malik ağa:
Kim Rəsula itaət etsə, beləcə and olsun ki, Allaha itaət etmiş olar. Kim üz çevirsə, o təqdirdə Biz səni onların üzərinə mühafiz olaraq göndərmədik.
Ələsgər Musayev:
Kim itaət edir rəsula, fəqət itaət edir Allaha. kim üz döndərərsə, Biz səni onlara mühafiz göndərmədik.
A.Mehdiyev və D.Cəfərli:
Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.
Kövsər Tağıyev:
Kim peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar. Kim üz döndərərsə, (bilsin ki,) biz səni onlara nəzarətçi olaraq göndərmədik.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərə itaət edən şübhəsiz, Allaha itaət etmiş olur. Kim isə üz çevirsə, axı Biz səni onlara nəzarətçi göndərməmişik.
Sabirə Dünyamalıyeva:
Kim Elçiyə itaət etsə, Allaha itaət etmiş olar. Kim üz döndərsə, Biz, səni o üz döndərənlərə himayəçi/gözətçi olaraq göndərməmişik.