Əlixan Musayev:
Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də (yerə) batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”
Bünyadov-Məmmədəliyev:
Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!”
Elmir Quliyev
:
А те, которые накануне желали оказаться на его месте, наутро сказали: "Ох! Аллах увеличивает или ограничивает удел тому из Своих рабов, кому пожелает? Если бы Аллах не оказал нам милость, то Он заставил бы землю поглотить нас. Ох! Неверующие не преуспеют".
Ələddin Sultanov:
Dünən onun yerində olmağı arzulayanlar belə deməyə başladılar: “Deməli, Allah bəndələrindən dilədiyinin ruzisini artırır, dilədiyinin ruzisini də azaldırmış. Əgər Allah bizə lütf etməsəydi, həqiqətən, bizi də yerə batıracaqdı. Deməli, kafirlər nicat tapa bilməzlər”.
Kerbelayi Malik ağa:
Dünən onun yerində olmaq istəyənlər səhəri açınca ’Vay! Elə isə Allah qullarından dilədiyinin ruzisini çoxaldar və azaldar. Əgər Allah bizi nemətləndirmiş olmasaydı, mütləq bizi də yerə batırardı. Vay! Demək ki kafirlər fəlaha çatmaz.’ dedilər.
Ələsgər Musayev:
Sabah?s? o k?sl?r ki, dun?n onun m?kan?n? t?m?nna edirdil?r, deyirdil?r: «Vay olsun! Allah Oz b?nd?l?rind?n kim? ist?s? ruzisini genisl?ndir?r v? q?d?rind? ed?r. ?g?r Allah biz? minn?t etm?s?ydi, bizi d? udmus olard?. Vay olsun! Nicat tapmayacaq kafirl?r!»
A.Mehdiyev və D.Cəfərli:
Dünən (mal-dövlət və məqam baxımından) onun (Qarunun) yerində olmağı arzu edənlər, elə hala düşdülər ki, deyirdilər: «Vay-vay, sən demə Allah öz bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar və azaldarmış! Doğrudan Allah bizə lütf etdi (və bizi Qarunun gününə salmadı), yoxsa bizi də torpağa batırardı. Vay-vay, sən demə kafirlər nicat tapmayacaqlarmış!»
Kövsər Tağıyev:
Dünən onun yerində olmağı arzu edənlər: “Vay! Sən demə, Allah qullarından istədiyinin ruzisini bol verər və (istədiyininkini də) azaldarmış. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerin dibinə batırardı. Sən demə, kafirlər qurtuluşa çatmayacaqlarmış”, – deməyə başladılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Dünən onun yerində olmağı arzulayanlar səhəri açıb dedilər "Vay! Demək, Allah Öz bəndələrindən istədiyi kəsə ruzini çox və istədiyi kəsə az verir. Əgər Allahın bizə yazığı gəlməsəydi, bizi də yerə batırardı. Vay! Kafirlər uğura qovuşmazlar."
Sabirə Dünyamalıyeva:
Və elə dünən onun yerində olmaq istəyənlər, "Demək ki, Allah bəndələrindən dilədiyinin ruzisini artırır və ya azaldır. Əgər Allah bizə lütf etmiş olmasaydı, bizi də yerə batırardı. Və demək ki kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] nicat tapmırlar" deyə-deyə səhərə çıxdılar.