Əlixan Musayev:
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (ha-mınız) şeytana uyardınız.
Bünyadov-Məmmədəliyev:
Onlara (münafiqlərə bəzi müsəlmanların sadəlövhlüyü üzündən döyüş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (möminlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını təyin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.
Elmir Quliyev
:
Когда до них доходит известие о безопасности или опасности, они разглашают его. Если бы они обратились с ним к Посланнику и обладающим влиянием среди них, то его от них узнали бы те, которые могут исследовать его. Если бы не милость и милосердие Аллаха к вам, то вы, за исключением немногих, последовали бы за дьяволом.
Ələddin Sultanov:
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu Peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız.
Kerbelayi Malik ağa:
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu açıqlayarlar (yayarlar). Əgər onu (o xəbəri) Rəsula və özlərindən olan Üluləmrə çatdırsaydılar (hər kəsə açıqlamasaydılar), onlardan onun (o xəbərin) mahiyyətini araşdıranlar mütləq (gerçəyi, həqiqəti) bilərdilər. Allahın fəzli və rəhməti üzərinizə olmasaydı, çox azınız istisna olmaqla, mütləq şeytana uyardınız.
Ələsgər Musayev:
Onda ki,
gəldi onlara əmr əmindən, ya xofdan, onlar bunu yayarlar. Və
əgər onlar həvalə etsələr onu rəsula və özlərindən olan əmir
sahiblərinə, onda bu işin içində olan kəslər bilərdilər. Əgər
Allahın sizə fəzl və rəhməti olmasaydı, onda sizin az
qisminizdən savayı, şeytana itaət edərdiniz.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız.
Kövsər Tağıyev:
Onlara əmin-amanlıq (sülh) və ya qorxu (savaş) ilə bağlı bir xəbər gəldiyi zaman onu yayarlar. Halbuki onu peyğəmbərə və aralarından səlahiyyətli kimsələrə çatdırsaydılar, əlbəttə, ondan nəticə (hökm) çıxaracaq fərasətlilər onu anlayıb bilərdilər. Allahın sizə lütfü və mərhəməti olmasaydı, çox azınız xaric, mütləq şeytana uyardınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar özlərinə bir əmin-amanlıq və ya qorxu xəbəri gələn kimi onu yayarlar. Əgər onu peyğəmbərə və özlərindən olan ixtiyar sahiblərinə yetirmiş olsaydılar, onda həmin xəbəri onun mahiyyətinə varmağa qadir olanlar bilərdilər. Hərgah Allahın sizə lütf və mərhəməti olmasaydı, az bir hissənizdən başqa (hamınız) şeytana uyardınız.
Sabirə Dünyamalıyeva:
Və onlara əmin-amanlıq və ya qorxu barədə bir əmr gəldikdə, onu dərhal yayırlar. Halbuki onu Elçiyə və ya özlərindən olan ixtiyar sahiblərinə çatdırsaydılar, onlardan nəticə çıxarmağa gücü çatan kəslər, onu bilərdilər. Və əgər Allahın sizə bəxşişi və mərhəməti olmasaydı -az bir qismi qisminiz istisna olmaqla- həqiqətən şeytana uyardınız.