Əlixan Musayev:
Beşinci dəfə: “Əgər (ər) doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”(– deməlidir).
Bünyadov-Məmmədəliyev:
Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lənət (qəzəb) eləsin!” (deməlidir).
Elmir Quliyev
:
и пятое о том, что гнев Аллаха падет на нее, если он говорит правду.
Ələddin Sultanov:
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər əri doğru söyləyənlərdəndirsə, Allahın lənəti (qadının) öz üzərinə olsun! (Son dörd ayədəki tətbiqata İslam ailə hüququnda “lian” deyilir. Arvadının zina etdiyini iddia edən kişi, əgər iddiasını isbat etmək üçün dört şahid gətirə bilməzsə, ər və arvad hakimin hüzurunda lian etməyə dəvət edilir. Hər ikisi də özünün doğru dediyini bu şəkildə ifadə edərsə, heç birinə cəza tətbiq olunmaz və boşanmış olarlar.)
Kerbelayi Malik ağa:
Andın beşincisi əgər əri doğru söyləyənlərdən isə, Allahın qəzəbinin öz üzərinə olmasıdır.
Ələsgər Musayev:
və beşinci dəfə: «Allahın qəzəbi olsun onun üzərində, əgər o, sadiqlərdəndir!»
A.Mehdiyev və D.Cəfərli:
Beşinci şəhadət(də isə) «əgər o kişi doğruçulardandırsa Allah ona (mənə) qəzəb eləsin!» deməlidir.
Kövsər Tağıyev:
beşinci dəfə isə əgər əri yalan söyləyənlərdəndirsə, Allahın qəzəbinin öz üzərinə olmasını diləməsi qadından cəzanı dəf edər.
M.Qənioğlu və T.Bilaloğlu:
beşinci dəfə isə, əgər kişi doğru deyirsə, Allahın ona [qadına] qəzəbi tutması barəsində şəhadətidir ["Kişi düz deyirsə, Allahın qəzəbinə gəlim" - deməsidir].
Sabirə Dünyamalıyeva:
beşinci dəfə isə, əgər əri doğru deyirsə Allahın qəzəbinin öz üstünə olmasına Allahı şahid tutması ["Ərim doğru deyirsə, Allah mənə qəzəb eləsin" deməsi], cəzanı özündən dəf edər.