Əlixan Musayev:
Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim (Allahdan) qorxsa və səbr etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi.
Elmir Quliyev
:
Они сказали: "Неужели ты — Йусуф (Иосиф)?" Он сказал: "Я — Йусуф, а это — мой брат. Аллах облагодетельствовал нас. Воистину, если кто богобоязнен и терпелив, то ведь Аллах не теряет вознаграждения творящих добро".
Ələddin Sultanov:
Onlar dedilər: “Doğrudan da, sən Yusifsənmi?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. (Bir-birimizə qovuşmağı) Allah bizə lütf etdi. Şübhəsiz ki, kim (pis əməllərdən) çəkinər və səbir edərsə, həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz”.
Kerbelayi Malik ağa:
‘Həqiqətən sənsənmi? Mütləq sən Yusifsən!’ dedilər. ‘Mən Yusifəm və bu mənim qardaşımdır. Allah bizi nemətləndirdi. Çünki, kim təqva sahibi olar və səbir edərsə, o təqdirdə şübhəsiz ki, Allah muhsinlərin əcrini zay etməz.’
Ələsgər Musayev:
Dedilər: «Ə, həqiqətən, sən
həmin Yusifsən?» Dedi: «Mən Yusifəm və bu da mənim
qardaşımdır. Həqiqətən, Allah bizə minnət qoydu. Həqiqətən,
kim təqvalı və səbrli ola, həqiqətən, Allah yaxşıların əcrini zay
etməz!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Yoxsa doğrudan sən özün Yusufsan?!» Dedi: «(Bəli,) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz».
Kövsər Tağıyev:
Qardaşları: “Yoxsa sən Yusufun özüsən?” – dedilər. O da: “Mən Yusufam, bu da qardaşım. Allah bizə lütf etdi. Çünki kim pis əməllərdən çəkinər və səbir edərsə, şübhəsiz, Allah yaxşılıq edənlərin mükafatını hədər etməz”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Sən doğrudan da Yusufsan?" O dedi: "Mən Yusufam, bu da qardaşımdır. Allah bizə rəhm etdi; kim ki Allahdan qorxandır, səbrlidir, həqiqətən, Allah xeyir iş görənlərin haqqını itirmir!"
Sabirə Dünyamalıyeva:
Yusifin qardaşları: "Yoxsa sən, həqiqətən də Yusifsən?" dedilər. Yusif: "Mən Yusifəm, bu da qardaşımdır. Həqiqətən, Allah bizə nemət bəxş etdi. Şübhəsiz ki, kim Allahın mühafizəsi altına daxil olar və səbr edərsə, artıq heç şübhəsiz ki, Allah yaxşı-yaxşı işlər görənlərin mükafatını itirməz." dedi.