Əlixan Musayev:
Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz.
Bünyadov-Məmmədəliyev:
Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.
Elmir Quliyev
:
Исключением являются те, которые присоединились к народу, с которым у вас есть договор, или которые пришли к вам с грудью, стесненной от нежелания сражаться против вас или против своего народа. Если бы Аллах пожелал, то позволил бы им одержать верх над вами, и тогда они непременно сразились бы с вами. Если же они отступили от вас, не стали сражаться с вами и предложили вам мир, то Аллах не открывает вам пути против них.
Ələddin Sultanov:
Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün ürəkləri sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən, onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə, onlara qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz.
Kerbelayi Malik ağa:
Sizinlə aralarında müqavilə olan bir qövmə sığınanlar və ya sizinlə savaşmaqdan və ya öz qövmləri ilə savaşmaqdan qəlbləri sıxılaraq sizin yanınıza gələnlər istisna olmaqla (onları öldürməyin). Əgər Allah diləsəydi, əlbəttə onları sizin üzərinizə qaldırardı, o zaman sizinlə mütləq savaşardılar. O halda əgər sizdən uzaq durub (geri çəkilib), artıq sizinlə savaşmazlarsa və sizə sülh təklif edərlərsə, o təqdirdə Allah onlara qarşı (hücum etməyinizə) yol verməz.
Ələsgər Musayev:
Ancaq o kəslər ki, vəsilələri var
tərəfinə qoumun ki, sizin və onların aranızda and var, ya
gəldilər sizə həsrət ürəklərində onların ki, döyüşməyə sizinlə,
ya döyüşməyə öz qoumları ilə. Əgər istəsəydi Allah, qaldırardı
onları üzərinizə sizin və onlar sizinlə döyüşərdilər. Əgər sizdən
kənar olub və savaşdan əl çəkdilər və sizə sülh təklif etdilər,
bu surətdə Allah sizə onların əleyhlərinə çıxmağa yol vermir.
A.Mehdiyev və D.Cəfərli:
Sizinlə aralarında əhd-peyman olan bir dəstəyə birləşənlər və ya sinələri sizinlə, yaxud öz tayfaları ilə vuruşmaqdan təngə gəlmiş halda sizin yanınıza gələnlər (bu hökmdən) müstəsnadırlar. Əgər Allah istəsəydi, şübhəsiz, onları sizin üstünüzə salar və onlar mütləq sizinlə vuruşardılar. Buna görə də əgər sizdən uzaqlaşsalar, sizinlə vuruşmaq istəməsələr və sülh təklifi versələr, onda Allah sizin üçün onlara qarşı (onlara hücum etməyə) bir yol qoymamışdır.
Kövsər Tağıyev:
Ancaq sizinlə aralarında razılaşma olan bir qövmə sığınmış olanlar, yaxud, nə sizinlə, nə də öz qövmləri ilə savaşmağa ürəkləri razı olmayıb (bitərəf olaraq) sizin yanınıza gələnlər istisnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə salardı, sizinlə savaşardılar. Əgər onlar sizdən uzaq durar, sizinlə savaşmayıb sizə sülh təklif edərlərsə, daha Allah onlara hücum etmək üçün sizə bir yol (ixtiyar) verməmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yalnız o kəslərdən başqa ki, onlar sizinlə özləri arasında müqaviləsi olan bir xalqa sığınırlar və ya sizinlə, yaxud öz camaatı ilə vuruşacaqlarından ürəkləri sıxıldığı üçün sizin yanınıza gəlirlər. Allah istəsəydi, onları da sizə qarşı qaldırar və onlar sizinlə vuruşardılar. Əgər onlar sizdən əl çəksələr sizinlə vuruşmasalar və sizə barışıq təklif etsələr, onda Allah sizin də onlara qarşı durmanıza yol verməz.
Sabirə Dünyamalıyeva:
Sonra, əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı, onlar sizinlə vuruşardılar. Əgər onlar sizdən uzaqlaşaraq sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizin üçün onların əleyhinə çıxmağa bir yol qoymamışdır.