Əraf Surəsi 96. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən yerdən bərəkət (qapı-larını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq.
Bünyadov-Məmmədəliyev:
Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən yerdən bərəkət yağdırardıq (göyün yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.
Elmir Quliyev :
Если бы жители селений уверовали и стали богобоязненны, Мы раскрыли бы перед ними благодать с неба и земли. Но они сочли это ложью, и Мы схватили их за то, что они приобретали.
Ələddin Sultanov:
Əgər o məmləkətlərin xalqı iman gətirib (günahlardan) çəkinsəydilər, həqiqətən, onlara göydən yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalanladılar, Biz onları qazandıqlarına görə (əzabla) yaxaladıq.
Kerbelayi Malik ağa:
O, ölkənin xalqı əgər amənu təqva sahibi olsaydılar, əlbəttə onlara səmadan yerdən bərəkətlər (bolluq) açardıq. Lakin onlar yalanladılar. Beləcə qazandıqlarına görə onları cəzalandırdıq.
Ələsgər Musayev:
Əgər əhli o kəndin inanıb təqvalı olsaydı, bərəkətli zəfər verərdik üzərinə onların səmadan ərzdən. Lakin yalan saydılar biz tutduq onları ilə ki, oldular kəsb edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Əgər şəhər kəndlərin əhalisi iman gətirsəydilər təqvalı olsaydılar, şübhəsiz göydən yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.
Kövsər Tağıyev:
Əgər o məmləkətlərin xalqları iman etsəydilər Allaha qarşı gəlməkdən çəkinsəydilər, əlbəttə, onların üstünə göydən yerdən neçə-neçə bərəkətlər(in qapısını) açardıq. Lakin onlar inkar etdilər, biz onları etdikləri günahlar səbəbi ilə yaxaladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər həmin məmləkətlərin əhalisi inanıb Allahdan qorxsaydı, Biz onların üzünə öyün yerin xeyir-bərəkət (qapılarını) açardıq. Lakin onlar yalan hesab etdilər. Biz onları qazandıqları (günahlara) görə yaraladıq.
Sabirə Dünyamalıyeva:
əgər o şəhərlərin əhalisi inansa Allahın mühafizəsi altına daxil olsa idi, əlbəttə ki, onların üstünə göydən yerdən bolluq açardıq. Lakin onlar təkzib etdilər. Biz onların ele hey işlədikləri şeyin müqabilində yaxaladıq.