Əlixan Musayev:
Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.
Bünyadov-Məmmədəliyev:
Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!
Elmir Quliyev
:
В нем есть ясные знамения — место Ибрахима (Авраама). Кто войдет в него, окажется в безопасности. Люди обязаны перед Аллахом совершить хадж к Дому (Каабе), если они способны проделать этот путь. Если же кто не уверует, то ведь Аллах не нуждается в мирах.
Ələddin Sultanov:
Orada açıq-aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa, əmin-amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir. (Bu ayə gücü çatan müsəlmanlara həcc ibadətinin fərz olduğunu bildirir.)
Kerbelayi Malik ağa:
Orada (Beytullahda) aşkar bəyyinələr, Hz.İbrahimin məqamı vardır. Kim oraya girsə əmin-amanlıqda (təhlükəsizlikdə) olar. Onun yoluna (Həccə getməyə) gücü çatanlara, Allah üçün o Beytin həcc edilməsi insanların üzərinə fərzdir. Kim inkar etsə, artıq şübhəsiz ki, Allah aləmlərdən ğanidir (heç bir şeyə möhtac deyil).
Ələsgər Musayev:
Orada ayətlər, bəyanatlar,
Ibrahimin məqamı var. Kim daxil olarsa ora, əmin – amanlıqda
olar. Allah üçün üzərinə insanların öhdəçiliyi var gəlmə evinin
– kim bacararsa tamamlamağa o yolu. Və kim kafir olarsa,
həqiqətən, Allah Qənidir aləmlərdən!
A.Mehdiyev və D.Cəfərli:
Onda (Allah?n tovhid, hikm?t v? r?hm?tind?n) askar nisan?l?r (v? h?mcinin o nisan?l?rd?n biri olan) Ibrahimin m?qam? vard?r. Kim ora daxil olsa amandad?r (amanda olmal?d?r). Allah?n insanlar?n – ?lb?tt? ora getm?k imkan? olan k?sin – boynuna dus?n haqq? budur ki, o ev? ged?r?k oran?n H?cc ?m?ll?rini yerin? yetirsinl?r. Kim nankorluq ets?, (bilsin ki,) h?qiq?t?n, Allah?n al?md?kil?r? ehtiyac? yoxdur.
Kövsər Tağıyev:
Onda açıq-aydın dəlillər, Məqami-İbrahim var. Oraya kim daxil olsa, amanda olar. O yolu getməyə gücü yetənlərin həcc etməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim inkar edərsə (bu haqqı tanımazsa), şübhə yoxdur ki, Allah bütün aləmlərdən müstəğnidir. (Heç kimə möhtac deyildir, hər şey Ona möhtacdır.)
M.Qənioğlu və T.Bilaloğlu:
Orada aydın nişanələr - İbrahim məqamı vardır ki, hər kim oraya daxil olarsa, əmin-amanlıqda olar. O evi ziyarət etmək insanlardan oraya yol tapa bilənlərə Allahdan bir tərzdir. Əgər kim küfr edərsə (bil ki,) Allahın, həqiqətən, aləmlərə ehtiyacı yoxdur.
Sabirə Dünyamalıyeva:
Və oraya kim daxil olsa, əmin-amanlıqdadır. Və [o yerin] yoluna gücü çatan hər kəsin Beyti/ilahiyyat təhsili mərkəzini [özü üçün bir] hədəf halına gətirməsi, ilahiyyat təhsili üçün ora getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də həqiqəti ört-basdır etsə, bilsin ki, həqiqətən, Allah bütün aləmlərdən zəngindir.