Ənam Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi tək bir candan yaradan Odur. (Sizin üçün) qərar tutacağınız əmanət saxlanılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah edirik.
Bünyadov-Məmmədəliyev:
Sizi tək bir nəfərdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli ya yer üzü), bir bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.
Elmir Quliyev :
Он Тот, Кто сотворил вас из одной души. Для вас есть место пребывания (на земле или в утробах матерей) и место хранения могилах или чреслах отцов). Мы уже разъяснили знамения для людей понимающих.
Ələddin Sultanov:
Sizi tək bir nəfsdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qalma yeri (dünya həyatı), bir əmanət olaraq qoyulacağınız yer (qəbir) var. Biz dərk edən bir qövm üçün ayələri ətraflı izah etdik.
Kerbelayi Malik ağa:
Sizi bir tək nəfsdən (Adəmdən) yaradan beləcə (sizin üçün) qərar yeri (fizik vücudumuz üçün yer üzü: dünya), bir əmanət yeri (bərzəx aləmi) dizayn edən Odur. İdrak edən bir qövm üçün ayələri ayrı-ayrı detalları ilə açıqladıq.
Ələsgər Musayev:
O - Odur ki, sizi vahid nəfsdən inşa etdi qərar yeri əmanət yeri vardır. Müfəssəl etdik ayətləri anlayan qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib bəzisi (hələlik ataların belləri anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq.
Kövsər Tağıyev:
O, sizi tək bir candan yaradandır. Sizin bir qərar tutma yeriniz, bir əmanət edilmə yeriniz var. Biz anlayan bir qövm üçün ayələri müfəssəl şəkildə açıqlamışıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi bir candan törədən, qərar tutulan əmanət saxlanılan yeri (yaradan) Odur! Biz anlayan adamlar üçün ayələri müfəssəl aydınlaşdırdıq.
Sabirə Dünyamalıyeva:
O, sizi bir tək nəfsdən inşa edəndir. Sonra da bir qərar yeri əmanət yeri...[#232] -Biz həqiqətən ayələri, yaxşı anlayan bir tayfa üçün müfəssəl olaraq izah etdik.-