Mümtahinə Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz). Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri sizi (yurdunuzdan) qovub çıxardırlar. Əgər siz Mənim yolumda Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! mənim düşmənimi, özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız aşkar etdiyiniz hər şeyi (bütün gizli aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
Elmir Quliyev :
О те, которые уверовали! Не берите врага Моего и врага вашего своим покровителем и помощником. Вы открываетесь им с любовью, хотя они не веруют в истину, которая явилась вам. Они изгоняют Посланника и вас за то, что вы веруете в Аллаха, вашего Господа. Если вы выступили, чтобы сражаться на Моем пути и снискать Мое довольство, то не питайте к ним любви в тайне. Я знаю то, что вы скрываете, и то, что вы обнародуете. А кто из вас поступает таким образом, тот сбился с прямого пути.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman gətirdiyinizə görə Peyğəmbəri sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Mənim sizin düşmənlərinizi dost tutmayın! Onlar Haqqdan sizə gələni inkar etmiş olduqları halda, onlara sevgi bəsləyirsiniz (dostluq edirsiniz). Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün rəsulu sizi yurdunuzdan çıxarırlar. Əgər siz Mənim yolumda Mənim razılığımı qazanmaq üçün cihada çıxmısınızsa (nə üçün), onlara sevgi göstərib sirr verirsiniz. Mən sizin gizlətdiyinizi də, açıqladığınızı da bilirəm. Sizdən kim bunu etsə, o təqdirdə doğru yoldan (Sirati Müstəqimdən) sapmış olar.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Mənim düşmənimi öz düşməninizi dost tutmayın! Siz onlarla dost kimi məhəbbətlə görüşürsünüz, onlar isə kafir oldular, ki, gəldi sizə haqdan. Xaric edirlər rəsulu sizi, ondan ötrü ki, inanırsınız Allah ilə Rəbbiniz ilə sizin. Əgər çıxırsınız cihada Mənim yolumda Mənim razılığımı axtarmağa, siz onlara məhəbbətinizi sirli etdiniz. Mən bilirəm ilə ki, məxfi etdiniz ki, elan etdiniz. Kim fəailiyyət edərsə onu sizdən, fəqət zəlil olub yoldan.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Mənim düşmənimi öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki Mən sizin gizlətdiyinizi aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Mənim düşmənim, sizin düşməniniz olanları dost tutmayın. Siz onlara sevgi göstərirsiniz. Halbuki onlar sizə gələn haqqı inkar etdilər. Rəbbiniz olan Allaha inandınız deyə Rəsulu sizi yurdunuzdan çıxarırlar. Əgər razılığımı qazanmaq üzrə mənim yolumda cihad etmək üçün çıxdınızsa, (belə etməyin). Onlara gizlicə sevgi bəsləyirsiniz. Halbuki mən sizin gizlədiyinizi də, aşkara vurduğunuzu da bilirəm. Sizdən kim bunu edərsə, mütləq doğru yoldan sapmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi özünüzə dost tutmayın. Siz onlara mehribanlıq göstərirsiniz, onlar isə sizə gəlmiş haqqı inkar etdilər. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar peyğəmbəri sizi (yurdunuzdan) qovub çıxarırlar. Siz Mənim yolumda rizamı qazanmaq üçün cihada qalxanda onlara bəslədiyiniz sevgini gizlədirsiniz. Mən isə nəyi gizlətdiyinizi nəyi aşkar etdiyinizi yaxşı bilirəm. Sizlərdən hər kim bunu edərsə, düz yoldan azmış olar.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Əgər Mənim yolumda səy göstərmək Mənim rizamı qazanmaq üçün çıxmısınızsa, sizə haqdan gələn şeyləri bilə-bilə inkar etdikləri/inanmadıqları halda, onlara sevgi göstərərək/onlara olan sevgini gizləyərək Mənə düşmən olanları özünüzün düşmənini köməkçi, yol göstərən, himayəçi yaxınlar olaraq qəbul etməyin/onları idarəçi etməyin. Onlar, Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün Peyğəmbəri sizi yurdunuzdan çıxarırlar. Halbuki Mən, sizin gizli saxladığınız şeyləri aşkar etdiyiniz şeyləri ən yaxşı bilənəm. sizdən kim bunu etsə, şübhəsiz ki, yolun düz ortasından azmışdır.