Nisa Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını (tutsunlar) silahlarını da (özləri ilə) götürsünlər. Kafirlər istərdilər ki, siz silahlarınızdan əşyalarınızdan xəbərsiz olasınız onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz ya xəstə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan mallarınızdan heç bir xəbəriniz olmayaydı onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!
Elmir Quliyev :
Когда ты находишься среди них и руководишь их намазом, то пусть одна группа из них встанет вместе с тобой, и пусть они возьмут свое оружие. Когда же они совершат земной поклон, пусть они находятся позади вас. Пусть затем придет другая группа, которая еще не молилась, пусть они помолятся вместе с тобой, будут осторожны и возьмут свое оружие. Неверующим хотелось бы, чтобы вы беспечно отнеслись к своему оружию и своим вещам, дабы они могли напасть на вас всего один раз (покончить с вами одним разом). На вас не будет греха, если вы отложите свое оружие, когда испытываете неудобство от дождя или больны, но будьте осторожны. Воистину, Аллах приготовил неверующим унизительные мучения.
Ələddin Sultanov:
Ey Rəsulum!) Sən (döyüş əsnasında əsgərlərin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar (namaz qılıb) səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar silahlarını götürsünlər. Kafirlər istəyərlər ki, kaş siz silah-sursatınızdan əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız sizin üzərinizə birdəfəlik basqın edəydilər. Əgər yağışdan əziyyət çəkərsinizsə, yaxud xəstə olarsınızsa, silahlarınızı yerə qoymağınız sizə günah deyil. Yenə ehtiyat tədbirinizi görün! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
Kerbelayi Malik ağa:
Sən onların arasında olub onlara namazı qıldırdığın zaman onların bir qismi səninlə birlikdə namaza dursun silahlarını da götürsünlər, beləcə digərləri səcdə etdikləri zaman sizin arxanızda olsunlar. Namaz qılmamış olan dəstə gəlsin, bu şəkildə səninlə birlikdə namazlarını qılsınlar, ehtiyat tədbirlərini görsünlər silahlarını da götürsünlər. Kafirlər istəyərlər ki, siz silahlarınızdan sursatınızdan (döyüş təchizatınızdan) xəbərsiz olasınız beləcə sizin üzərinizə qəflətən basqın etsinlər. Yağış səbəbiylə əziyyət çəksəniz ya xəstə olsanız, silahlarınızı yerə qoymaq sizə günah deyil. Ehtiyat tədbirlərinizi görün. Şübhəsiz ki, Allah kafirlər üçün ‘alçaldıcı əzab’ hazırlamışdır.
Ələsgər Musayev:
onda ki, sən onların içərisindəsən ayağa qalxırsan onlar üçün islahata, gərək onlardan bir tayfa səninlə birlikdə qalxsınlar silahlarını götürsünlər. Onda ki, səcdə etdilər, gərək olsunlar sizdən arxada gəlsin o biri tayfa ki, diləməyi yerinə yetirməyib səninlə birlikdə diləyişlərini yerinə yetirsinlər gərək ehtiyatlarını silahlarını götürsünlər. Kafirlər istəyərlər ki, siz silahlarınızdan mallarınızdan xəbərsiz olasınız bir anda sizə hücum edələr. Sizin üçün günah yoxdur, əgər yağışdan əziyyət çəkəsiniz, ya xəstə olasınız, silahlarınızı yerə qoyasınız. Ehtiyatınızı gözləyin! Həqiqətən, Allah kafirlər üçün xarlıq əzabını hazır edib.
A.Mehdiyev və D.Cəfərli:
(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar namazını qılmamış digər bir dəstə gəlsin öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı mallarınızı yaddan çıxarasınız, beləliklə onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Cəbhədə sən onların arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir qismi səninlə bərabər namaza dursun. Silahlarını da yanlarında saxlasınlar. Bunlar səcdəyə vardıqları zaman (bir rükət qıldıqları zaman) arxanıza (düşmən qarşısına) keçsinlər. Sonra o namaz qılmamış olan digər dəstə gəlsin, səninlə birlikdə qılsınlar ehtiyatlı olsunlar, silahlarını yanlarında saxlasınlar. İnkar edənlər arzu edərdilər ki, silahlarınız əşyalarınız barəsində ehtiyatsız olasınız, sizə qəfil bir hücum edələr. Yağışdan əziyyət çəkər ya da xəstə olarsınızsa, silahlarınızı buraxmağınızda sizə bir günah yoxdur. Bununla birlikdə ehtiyatlı olun (tədbir görün). Şübhəsiz, Allah inkarçılara alçaldıcı bir əzab hazırlamışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sən onların [əsgərlərin] arasında olub onlara pişnamaz olsan, qoy onların bir dəstəsi silahlarını götürərək səninlə birlikdə namaza dursun. Bunlar səcdə edəndə (o biriləri) arxanızda olsunlar. (Sonra) namaz qılmamış o biri dəstə gəlib ehtiyatlarını tutaraq silahlarını götürərək səninlə birlikdə namaza dursun. Kafirlər istərlər ki, siz silah sürsatınızdan qafil olasınız ki, onlar da üzərinizə basqın etsinlər. Əgər yağış sizə əziyyət versə ya siz xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə bir günah olmaz, ehtiyatınızı isə əldən verməyin. Həqiqətən, Allah kafirlər üçün rüsvayedici bir əzab hazırlamışdır.
Sabirə Dünyamalıyeva:
sən səfərdə olanların arasında olub onlara təhsil-təlim verdiyin zaman onlardan bir dəstə səninlə birlikdə dayansın/təhsil alsın. Silahlarını da özləri ilə götürsünlər. Bunlar, kifayət qədər məlumat alıb doyduqda, arxa tərəfinizə keçsinlər. Sonra təliml-təhsil almamış digər bir qisim gəlsin, səninlə birlikdə təlim-tədris prosesindən keçsin ehtiyatlarını görsünlər silahlarını götürsünlər. Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] istəyər ki, silahlarınızdan mallarınızdan xəbərsiz vəziyyətdə olasınız, sizə ani bir basqın etsinlər. Əgər sizə yağışdan bir əziyyət olsa ya xəstə olsanız silahlarınızı yerə qoymaqda sizə günah yoxdur. Ehtiyatınızı görün. Şübhəsiz ki, Allah kafirlər [Özünün məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün alçaldıcı bir əzab hazırlamışdır.