Yunus Surəsi 108. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Quran Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!”
Elmir Quliyev :
Скажи: люди! К вам явилась истина от вашего Господа. Кто следует прямым путем, тот поступает во благо себе, а кто впадает в заблуждение, тот поступает во вред себе. Я не являюсь вашим попечителем и хранителем".
Ələddin Sultanov:
De: “Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Artıq kim doğru yolu tutarsa, bu onun lehinə olar, kim (doğru yoldan) azarsa, bu onun əleyhinə olar. Mən sizə zamin deyiləm”.
Kerbelayi Malik ağa:
De ki: ‘Ey insanlar, Rəbbinizdən sizə haqq gəlmişdir! Kim hidayətə ərərsə, şübhəsiz ki, öz nəfsi üçün hidayətə ərər kim dəlalətdə qalarsa, ancaq öz əleyhinə (məsuliyyəti, sorumluluğu öz üzərində) dəlalətdə qalar. Mən sizin üzərinizdə vəkil deyiləm.’
Ələsgər Musayev:
De: «Ay insanlar! Əlbəttə, Rəbbinizdən sizin üçün haqq gəldi. Kim hidayət tapdı həqiqətən, o kəs özü üçün hidayət tapıb kim zəlalətə düşdü həqiqətən, o kəs öz əleyhinə zəlalətə düşüb mən sizin üzərinizdə vəkil deyiləm».
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey insanlar, şübhəsiz, haqq (Qur’an İslam dini) sizə Rəbbiniz tərəfindən gəlmişdir. Beləliklə kim doğru yola gəlsə, həqiqətən öz xeyrinə doğru yola gəlir kim azsa, mütləq öz ziyanına azır mən sizin işlərinizin gözətçi vəkili deyiləm.
Kövsər Tağıyev:
And olsun, biz İsrail oğullarını çox gözəl bir yurda yerləşdirdik onlara təmiz ruzilər verdik. Onlara elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, ixtilafa düşdükləri şey haqqında Rəbbin qiyamət günü aralarında hökm verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir: kim düz yolla gedərsə, o özü üçün gedər, kim yoldan azarsa, o öz ziyanına azmış olar. Mən sizə bir zamin deyiləm".
Sabirə Dünyamalıyeva:
De ki: "Ey insanlar! Rəbbinizdən, əlbəttə, sizə haqq gəlmişdir. Artıq yönləndirildiyi doğru yola girən, ancaq özü üçün girmişdir həqiqətən, yoldan çıxan da, öz zərərinə yoldan çıxmışdır. mən, sizin üçün sizi dəstəkləyən; sizin üçün məsuliyyət daşıyan biri deyiləm."