Əlixan Musayev:
Bu işin sənə aidiyyəti yoxdur. (Allah) ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.
Elmir Quliyev
:
Ты не принимаешь никакого решения. Аллах же либо примет их покаяния, либо накажет их, ведь они являются беззаконниками.
Ələddin Sultanov:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd döyüşündə Həzrət Peyğəmbər (s.ə.s) yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)
Kerbelayi Malik ağa:
Sənin üçün bir iş (edəcəyin bir şey) yoxdur. Allah ya onların tövbəsini qəbul edər və ya onlara əzab edər. Halbuki onlar həqiqətən zalımlardır.
Ələsgər Musayev:
Yoxdur
sənin üçün bu əmrdən bir şey, ya O qayıda onlara tərəf, ya əzab
edər onları. Həqiqətən, onlar zalimlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Onlar?n hec bir isi s?nin ?lind? deyil. (Allah) ya onlara n?z?r salaraq tovb? etm?l?rin? kom?k ed?r, ya da onlara (bu dunyada mohl?t, axir?td? is?) ?zab ver?r. Cunki onlar zal?md?rlar. (Bu dord isin ham?s? Allaha aiddir v? s?nin v?zif?n yaln?z Onun ?mrl?rini catd?rmaq v? ?mri yerin? yetirm?kdir.)
Kövsər Tağıyev:
Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya tövbələrini qəbul edib onları əfv edər, ya da zalım olduqları üçün onlara əzab verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu işdə sənə dəxli olan bir şey yoxdur; Allah ya onların tövbələrini qəbul edər, ya da onları cəzalandırar. Həqiqətən, onlar zalımlardır.
Sabirə Dünyamalıyeva:
Bu işdə sənə [aid olan] heç bir şey yoxdur. Allah, ya onların tövbəsini qəbul edər, yaxud onlara əzab edər. Artıq, sözsüz ki, onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir.