Əlixan Musayev:
(Cavanlardan biri o birilərinə )(dedi:) “Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!
Bünyadov-Məmmədəliyev:
Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?!
Elmir Quliyev
:
Этот наш народ стал поклоняться вместо Него другим божествам. Почему же они не приводят в пользу этого ясного довода? Кто может быть несправедливее того, кто возводит навет на Аллаха?
Ələddin Sultanov:
Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?!”
Kerbelayi Malik ağa:
Bu bizim qövmümüzdür. Onlara açıq-aşkar bir dəlil gəlməməsinə baxmayaraq Allahdan başqasını ilahlar qəbul etdilər. Elə isə Allaha yalan ilə iftira atandan daha zalım kim vardır?
Ələsgər Musayev:
Bunlar –
bizim qoumumuz, götürdülər Ondan başqa ilahilər. Məgər
onların isbatına aydın sultanlıq gətirməli deyillərmi? O kəsdən
zalim kimdir ki, iftira edə üzərinə Allahın yalanı?!
A.Mehdiyev və D.Cəfərli:
«Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»
Kövsər Tağıyev:
Bunlar, bu qövmümüz Ondan başqa tanrılar qəbul etdilər. Barı onlar haqqında açıq-aşkar bir dəlil gətirəydilər! Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?”
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim bu adamlar Allahı qoyub başqalarını özlərinə tanrı götürmüşlər. Belə isə bunlar gərək onlar [o tanrılar] barəsində aydın bir dəlil gətirəydilər. Allaha qarşı böhtan uydurandan daha haqsız kim ola bilər?"
Sabirə Dünyamalıyeva:
Bunlar, Allahın altındakılardan məbudlar qəbul edən qövmümüzdür. Qəbul etdikləri məbudlara dair nə üçün açıq-aşkar bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha səhv davranan; öz zərərlərinə olan əməli işləyən kim ola bilər?" dediklərində onların ürəklərinə qüvvət vermişdik.