Ali-İmran Surəsi 152. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz Allahın izni ilə (düş-mənləri) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır.
Bünyadov-Məmmədəliyev:
(Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!
Elmir Quliyev :
Аллах исполнил данное вам обещание, когда вы уничтожали их с Его дозволения, пока вы не пали духом, не стали спорить относительно приказа и не ослушались после того, как Он показал вам то, что вы любите. Среди вас есть такие, которые желают этот мир, и такие, которые желают Последнюю жизнь. После этого Он заставил вас бежать от них, чтобы испытать вас. Он уже простил вас, ведь Аллах оказывает милость верующим.
Ələddin Sultanov:
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz (peyğəmbərin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
Kerbelayi Malik ağa:
And olsun ki, Allah sizə olan vədinə sadiq qaldı. Allahın izni ilə onları pərişan edib öldürürdünüz. Lakin Allah sizə sevdiyiniz şeyi (qalibiyyəti) göstərdikdən sonra zəiflik göstərmişdiniz. Verilən əmr haqqında nizaya (anlaşmazlığa) düşdünüz üsyan etdiniz. Sizdən kiminiz dünyanı istəyirdi (qənimətə doğru tələsdi), kiminiz axirəti istəyirdi (onlar şəhid olana qədər yerlərində qaldı). Sonra sizi imtahan etmək üçün sizi onlardan geri çevirdi (məğlub olub geri döndünüz) and olsun ki, (buna baxmayaraq) sizi əfv etdi. Allah möminlərə qarşı fəzl sahibidir.
Ələsgər Musayev:
Əlbəttə, sadiq oldu sizə Allah vədində, onda Onun izni ilə siz onları məğlub etdiniz. Onda siz təşviş etdiniz əmrdə mübahisəyə başladınız asi oldunuz sizə göstərdikdən sonra onu ki, sevirsiniz. sizlərdən kim dünyanı istəyir sizlərdən kim axirəti istəyir. Sonra O ayırdı sizi onlardan, sizi imtahan etmək üçün. Əlbəttə, O əfv etdi sizi Allah inananlar üzərində fəzil sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
Subh?siz, Allah (Uhud muharib?sind?) Onun ?mri il? onlar? (musrikl?ri) ?zib-tokduyunuz zaman Oz v?dini sizin ucun gerc?kl?sdirdi, o vaxta kimi ki, sustl?sdiniz, (siz? ?mr olunmus) isd? (y?ni dusm?nin q?fl?t?n hucum ed? bil?c?yi movqeyin qorunmas?nda) ixtilafa dusdunuz v? sevdiyiniz sey (dusm?n uz?rind? q?l?b?) siz? gost?rildikd?n sonra ita?tsizlik etdiniz. Sizl?rd?n b?zisi dunyan? (doyus q?nim?tl?rini), b?zil?riniz is? axir?ti ist?yirdi. Sonra sizi s?namaq ucun onlardan (onlara qalib g?lm?kd?n) yay?nd?rd?. ?lb?tt? sizi ?fv etdi v? Allah mominl?r? qars? (boyuk) m?rh?m?t sahibidir.
Kövsər Tağıyev:
And olsun ki, Allah izni ilə onları (müşrikləri) əzib keçdiyiniz zaman sizə olan vədini gerçəkləşdirdi. Nəhayət, sevdiyiniz şeyi (zəfəri) sizə göstərdikdən sonra zəiflik göstərdiniz. (Peyğəmbərin verdiyi) əmr barəsində mübahisə etdiniz əmrə qarşı çıxdınız. Aranızdan dünyanı istəyənlər var idi, axirəti istəyənlər də. Sonra sizi sınamaq üçün üzünüzü onlardan çevirdi. (Qaçıb məğlubiyyətə düçar oldunuz. Buna rəğmən) sizi bağışladı. Allah möminlərə qarşı çox lütfkardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizə verdiyi vədinə sadiq qaldı. Belə ki, siz Onun izni ilə onları qırırdınız. O, sizə istədiyiniz şeyləri [qələbə, qənimət] göstərdikdən sonra siz zəiflik göstərdiniz, əmr barəsində mübahisəyə girərək tabe olmadınız. Sizin aranızda bu dünyanı istəyənlər də, axirəti istəyənlər vardı. Sonra O, sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, sizi bağışladı. Allah iman gətirənlər üçün lütf sahibidir.
Sabirə Dünyamalıyeva:
siz, Allahın məlumatı daxilində düşmənlərinizi doğrayıb-tökərkən, Allah sizə verdiyi vədini gerçəkləşdirdi. Allah sizə sevdiyiniz şeyləri göstərdikdən sonra zəiflik göstərdiniz, o barəsində mübahisə üsyan etdiniz. Sizdən bəzisi dünyanı istəyirdi, bəzisi axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün onlardan geri döndərdi həqiqətən sizi bağışladı. Allah, möminlərə qarşı çox lütfkardır.