Əlixan Musayev:
Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.
Bünyadov-Məmmədəliyev:
(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!
Elmir Quliyev
:
Неужели ты не видишь, что перед Аллахом падают ниц те, кто на небесах и на земле, солнце, луна, звезды, горы, деревья, животные и многие люди. А многие из них заслуживают мучений. Никто не окажет почтения тому, кого унизит Аллах. Воистину, Аллах поступает так, как пожелает.
Ələddin Sultanov:
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
Kerbelayi Malik ağa:
Göylərdə və yer üzündə olan kəslər Günəş, Ay və ulduzlar, dağlar, ağaclar və heyvanlar və insanlardan bir çoxu görmürsənmi ki, Allaha səcdə edirlər. (İnsanların) çoxunun üzərinə əzab haqq oldu və Allah kimi alçaldarsa artıq ona ikram edən yoxdur. Şübhəsiz ki, Allah dilədiyini edər.
Ələsgər Musayev:
Ə, görmədinmi, Allahı – səcdə edir Onun üçün kim ki,
səmalarda və kim ki, ərzdə var - şəms və qəmər və ulduzlar və
dağlar və ağaclar və canlılar və insanlardan əksəriyyəti?
Əksəriyyətinin üzərində haqq oldu əzab. Kimi Allah tərk
edərsə alçaqlıqda, yoxdur onun üçün kəramətdən. Həqiqətən,
Allah nə istər fəaliyyət edər!
A.Mehdiyev və D.Cəfərli:
Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.
Kövsər Tağıyev:
Görmədinmi ki, göydə və yerdə olanlar, günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar və insanların bir çoxu Allaha səcdə etməkdədir?! Bir çoxuna da əzab haqq olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim hörmətli edə bilməz. Şübhəsiz, Allah istədiyini edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən göylərdə və yerdə olanlann-günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və çoxlu insanın Allaha səcdə etdiklərini görmürsən? Bir çoxu da əzaba məhkumdur. Allahın alçaltdığı kimsəni heç kim xoşbəxt edə bilməz. Allah istədiyini edir.
Sabirə Dünyamalıyeva:
Göylərdə və yer üzündə olan kəslərin, günəş, ay, ulduzlar, dağlar, ağaclar, hərəkət edən canlılar və insanların çoxunun Allaha boyun əyib tabeçilik göstərdiklərini görmədinmi/heç düşünmədinmi? Bir çoxuna da əzab haqq olmuşdur. Və Allah, kimi alçaltsa, artıq onun yüksəldən olmaz. Şübhəsiz ki, Allah istədiyini edər.